Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

EUFILLIN 150 MG

0.62 AZN

Ağ və ya sarıyacalar ağ rəngli, yastı silindirli, iti kənarlı tabletlər.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

- xroniki obstruktiv bronxit;

- bronxial astam;

- ağciyərlərin emfizeması;

- paroksizmal gecə apnoesi;

- xroniki ağciyər ürəyi.


ƏKS GÖSTƏRİŞLƏR:

- eufillinə qarşı, həmçinin digər metilksantin törəmələrinə qarşı yüksək həssaslıq;

- kəskin fazada miokard infarktı;

- hipertrofik obstruktiv kardiomiopatiya;

- kəskinləşmə fazasında mədə və 12-barmaq bağırsağın xora xəstəliyi;

- qaraciyər və ya böyrək funksiyalarının ağır pozulmaları;

- hipertireoz;

- epilepsiya;

- efedrinin qəbulu;

- 6 yaşa qədər uşaqlar;

- yüksək turşuluqla müşayiət olunan qastrit;

- ağır arterial hipotenziya və ya hipertenziya;

- hemorragik insult;

- gözün torlu qişasına qansızma.


İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Tabletlər yeməkdən sonra çoxlu miqdarda su ilə daxilə qəbul edilir.

Doza qan zərdabında eufillinin stabil konsentrasiyasını və kliniki cavabı nəzərə alaraq hər xəstənin fərdi xüsusiyyətlərinə müvafiq seçilməlidir. Doza ideal bədən çəkisinə əsaslanaraq hesablanır. Böyüklər üçün: daxilə 150 mq gündə 3-4 dəfə yeməkdən sonra.

6 yaşdan yuxarı uşaqlar üçün: 7-10 mq/kq hesabı ilə sutkada 4 qəbul üçün təyin edilir.

Eufillin böyüklər üçün ən yüksək dozaları: birdəfəlik 500 mq; sutkalıq 1500 mq.

6 yaşdan yuxarı uşaqlar üçün ən yüksək dozaları: birdəfəlik 7 mq/kq; sutkalıq 15 mq/kq.

Müalicə kursunun müddəti bir neçə gündən bir neçə aya qədər.

Toksiki effektləri azaltmaq üçün minimal effektiv dozaları təyin olunmalıdır.


ƏLAVƏ TƏSİRLƏRİ:

Sinir sisteminə: başgicəllənmə, başağrısı, yuxusuzluq, oyanıqlıq, həyacanlıq, əsəbilik, tremor;

Ürək-damar sisteminə: ürək çırpıntısı, taxikardiya, aritmiyalar, kardialgiya, arterial təzyiqin enməsi;

Həzm sisteminə: qastralgiya, ürəkbulanma, qusma, qıcqırma, mədə və 12 barmaq bağırsağın xora xəstəliyinin kəskinləşməsi;

Allergik rekasiyalar: dəri səpgiləri, qaşınma, qızdırma;

Digər: sinədə ağrı, taxipnoe, hemturiya, hipoqlikemiya. Əlavə effektlər doza enməklə azalır.


DOZA HƏDDİNİN AŞILMASI:

Simptomlar: iştahın pozulması, qastralgiya, diareya, ürəkbulanma, qusma, taxikardiya, mədə-bağırsaq qanaxmaları, hipoksiya, metabolik asidoz, şüurun qarışığı.

Təsiredici maddə: 1 tabletin tərkibində 150 mq aminofillin vardır.

Köməkçi maddələr: povidon, maqnezium-stearat, kartof nişastası.