ALETOS

ALETOS

13.00 AZN
200ml flakon


İstifadəsinə göstərişlər:

ALETOS iltihabəleyhinə və tənəffüs yollarında toplanmış qatı bəlğəm vəseliyi durulaşdırmaq məqsədi ilə istifadə olunur.

• Bəlğəm xaric olunmasında çətinliklər (bronxit,traxeit, sətəlcəm, bronxiektazi),

• Ağciyər absesi,

• Emfizema,

• Larinqotraxeit,

• Interstitsial ağciyər xəstəliyi,

• Bronxial astma, ağciyər atelektazı (bronxialselik tıxanma səbəbiylə),

• Kataral və irinli otit,

• Sinusit, o cümlədən, qaymorit,

• Post-travmatik və əməliyyatdan sonra şəraitdə tənəffüs yollarının özlü sekresiyasının aradan qaldırılması,

• Parasetamol zəhərlənməsində antidot kimi.

Əks göstərişlər:

ALETOSun aktiv tərkib hissəsi olan asetilsisteinə və preparatın tərkibindəki digər inqridientlərə qarşı hiperhəssaslıq. Eləcə də:

-Mədə və 12-barmaq bağırsağın xora xəstəliyinin kəskinləşmə mərhələsi;

-Qanqusma;

-Ağ ciyər qanaxması;

İstifadə qaydası və dozalanması:

Yaş Qəbul qaydası

0-2 yaş ½ çay qaşığı (2,5ml), gündə 2-3 dəfə

2-5 yaş 1 çay qaşığı (5ml), gündə 2-3 dəfə

6-14 yaş 1çay qaşığı (5ml), gündə 3-4 dəfə

14 yaş və böyüklər 2çay qaşığı (10ml), gündə2-3 dəfə

ALETOS yeməkdən sonra qəbul olunmalıdır.
 
Dozalar götürülməzdən əvvəl flakon çalxalanmalıdır.

Preparatın qəbulunu ancaq müalicə həkiminizlə razılaşdıqdan sonra dayandırmaq olar.

 Əks halda xəstəlik ağırlaşa bilər.

Aktivmaddələr hər 30 ml-də:

N-asetilsistein 600mq, Şehçiçəyi 500mq, Kəklikotu ekstraktı 500mq,Sink qlükonat 12.5mq

Köməkçi maddələr:  fruktoza,karamel, natrium bikarbonat, kalium sorbat, aroma, su.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 

Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır