Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

Ass 200

5.42 AZN
Ass 200 fışıldayan tabletlər
İstifadəsinə göstərişlər

Qatı bəlğəmin yaranması ilə məşayiət olunan tənəffüs sisteminin xəstəliklərində bəlğəmin yumşalması və xaric olmasını sürətləndirmək məqsədi ilə istifadə olunur.

Əks göstərişlər

Asetilsisteinəvə ya ASS 200 dərman vasitəsinin digər komponentlərinə qarşı yüksək həssaslıq reaksiyası zamanı istifadə edilə bilməz.
ASS 200 orqanizmə azot tərkibli maddələri artıra bildiyi üçün qaraciyər və böyrəkfunksiyası pozulmuş xəstələrdə istifadəsi əks göstərişdir. ASS 200 bronxialastma və anamnezində mədə və bağırsaq xorası olan şəxslərdə ehtiyatla təyinedilməlidir.
Çox nadirhallarda asetilsisteinin istifadəsi zamanı Stivens-Conson və Layell sindromukimi ciddi dəri reaksiyaları müşahidə olunmuşdur. Əgər dərman vasitəsinin qəbulu müddəti dəri və selikli qişalarda dəyişikliklər müşahidə edilərsə dərman vasitəsinin qəbulu dərhal dayandırılmalı və həkimə müraciət edilməlidir.

Uşaqlar:

ASS 200 dərman vasitəsi 2 yaşa qədər uşaqlara, bu yaş qrupunda preparatın istifadəsı təcrübesi məhdud olduğu üçün həkimlə məsləhətləşdikdən sonra təyin edilə bilər.

İstifadə qaydası və dozası

ASS 200 dərman vasitəsinin həkim tərəfindən təyinedilən qəbul sxeminə ciddi riayət edilməlidir. Əgər sizdə dərman vasitəsinin qəbulu ilə əlaqədar hər hansı bir şübhə yaranarsa müalicə həkiminiz və ya əczaçı ilə məsləhətləşin.

Yaş
Sutkaliq doza ( fışıldayan tabletlər)
2-5 yaşında uşaqlar
Gündə 2-3 dəfə ½ ədəd fışıldayan tablet (sutkada 200- 300 mq asetilsistein)
6-14 yaşında uşaqlar
Gündə 2 dəfə 1 ədəd fışıldayan tablet (sutkada 400 mq asetilsistein)
Böyüklər və 14 yaşdan yuxarı yeniyetmələr
Gündə 2-3 dəfə 1 ədəd fışıldayan tablet (sutkada 400-600 asetilsistein)

 ASS 200 dərman vasitəsi yeməkdən sonar qəbul edilir. Fışıldayan tablet 1 stəkan suda həll edilərək içilir.

İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz.
 


Təsiredici maddə:

Asetilsistein 200 mq 

Kömekçi maddələr:

limon turşusu, natrium hidro karbonat, askorbin turşusu, natriumsaxarin, siklamat natrium, polietilenqlikol, aromatizator ( böyürtkən və meşəgiləmeyvələri)