NAZİVİN - NASİVİN

NAZİVİN - NASİVİN

3.88 AZN
 Praktiki şəffaf, rəngsiz və ya zəif sarımtıl məhlul.

İstifadəsinə göstərişlər:

- Zökəmlə müşayiət olunan kəskin respirator xəstəliklərin müalicəsi; 
- Allergik rinit; 
- Vazomotor rinit;
- Burunun əlavə ciblərinin iltihabı, yevstaxeit, orta otit zamanı burun boşluğunun drenajının bərpası məqsədilə; 
- Burun boşluğunda diaqnostik manipulyasiyalardan əvvəl ödemin aradan qaldırılması üçün.
 

Əks göstərişlər:

Atrofik rinit, bağlı bucaqlı qlaukoma, preparatın komponentlərinə qarşı hiperhəssaslıq. Preparatın müxtəlif yaş dərəcələri üçün nəzərdə tutulmuş buraxılış formalarının tövsiyyə olunan konsentrasiyalarda təyin olunmasına riayət etmək lazımdır.

İstifadə qaydası və dozası:

Nazivin 0,01%; 0,025%; 0,05%-li damcıları buruna damızdırmaq üçün təyin olunur.

Böyüklər və 6 yaşdan yuxarı uşaqlar:

 Nazivin 0,05% hər burun dəliyinə gündə 2-3 dəfə 1-2 datncı damızdırılır.

1 yaşdan 6 yasa qədər uşaqlar: Nazivin 0,025% hər burun dəliyinə gündə 2-3 dəfə 1-2 damcı damızdırılır.
1 yaşa qədər uşaqlar: 4 həftəyə qədər uşaqlara Nazivin 0,01% hər burun dəliyinə gündə 2-3 dəfə 1 damcı təyin edilir.
5 həftədən 1 yaşa qədər uşaqlara hər burun dəliyinə gündə 2-3 dəfə 1-2 damcı təyin edilir.
Dozanın dəqiqliyini təmin etmək üçün 0,01 %-li Nazivin flakonunda damcıların sayı qeyd olunan dərəcələnmiş pipetka olur. əgər 1 damcı olunursa, pipetkanın 1 qeyd olunan xəttə qədər doldurmaq lazımdır. 
Preparatın effektivliyi aşağıdakı proseduralarda da təsdiqlənmişdir: yaşdan asılı olaraq 1-2 damcı 0,01 %-li məhlulu pambığa tökərək burun dəliklərini silmək olar. Nazivin 0,01%; 0,025%; 0,05%-li damcılarını 3-5 gün istifadə etmək olar.
Məsləhət görüləndən artıq dozanı yalnız həkim nəzarəti altında qəbul etmək olar.

Doza həddinin aşılması:

Dozanın həddən artıq olması və ya təsadüfən daxilə qəbul zamanı aşağıdakı simptomlar əmələ gələ bilər: bəbəyin daralması, ürəkbulanma, qusma, temperaturun artması, sianoz, taxikardiya, aritmiya, kollaps, ürək fəaliyyətinin zəifləməsi, arterial hipertenziya, ağ ciyərlərin ödemi, tənəffüsün gərginləşməsi.
Bundan başqa mərkəzi sinir sisteminin funksiyalarının yuxululuqla müşahidə olunan zəifləməsi, psixi gərginlik, temperaturun düşməsi, bradikardiya, arterial hipotenziya, tənəffüsün dayanması və komanın inkişafı baş verə bilər.
Preparatın daxilə qəbul olunması ilə əlaqədar doza aşımı zamanı mədənin yuyulması və aktivləşmiş kömür təyin olunur.

Saxlanma şəraiti:

 25°C-dan yuxarı olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Tərkibi:

Təsiredici maddə:

 1 ml məhlulun tərkibində 0,1 mq (0,01 %-li məhlulunda), 0,25 mq (0,025%-li məhlulunda) və ya 0,5 mq (0,05%-li məhlulunda) oksimetazolin-hidroxlorid vardır. 

Köməkçi maddələr:

 benzalkonium-xloridin 50%-li məhlulu, natrium-edetat dihidrat, natrium-hidroksidin 1M məhlulu, natrium-dihidrofosfat dihidrat, natrium-hidrofosfat dihidrat, təmizlənmiş su.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.