Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

AMLOVAS 10 mq

4.61 AZN
AMLOVAS 10 mq
İstifadəsinə göstərişlər:
·  Arterial hipertenziya (monoterapiya şəklində və tiazid diuretik, APF inhibitor və ya a- və β-adrenoblokatorlar ilə kombinasiyada);

·  Stabil və vazospastik stenokardiya (Prinsmetal və variant stenokardiyalarının əlavəsi ilə);

·  Dilatasion (işemik) kardiomiopatiya, ağır formalı xroniki ürək çatışmazlığı ilə.

 
 Əks göstərişlər:
·  Amlodipinə və başqa dihidropiridin törəmələrinə qarşı hiperhəssaslıq;

·  Arterial hipotenziya
.
 
İstifadə qaydası və dozası:
Arterial hipertenziya və stenokardiya zamanı başlanğıc doza gündə 5 mq təşkil edir. Lazım gələrsə gündəlik doza 10 mq-a qədər artırıla bilər. Dilatasion kardiomiopatiya zamanı müalicəni gündə 5 mq doza ilə başlayırlar, sonra isə dozanı tədricən gündə 1 dəfə olmaq şərti ilə 10 mq-a çatdırırlar. Maksimal gündəlik doza – 10mq. Amlovas tiazid diuretiklər, β-adrenoblokatorlar və APF inhibitorları ilə birgə təyin edildikdə dozanın korreksiyasına ehtiyac yoxdur.

 
Doza həddinin aşılması:
Simptomlar: kəskin arterial hipotenziya.

Müalicə: ürək-damar sistemi funksiyasının təmin olunması, ürək və ağciyər göstəricilərinin monitorlaşdırılması, ayaqların qaldırılmış vəziyyətdə saxlanması, sirkulyasiya olunan qanın və diurezin həcminə nəzarət. Damarların tonusunun bərpa edilməsi üçün – damardaraldıcı preparatların təyin edilməsi (onların təyinatı üçün əks göstəriş olmadıqda); kalsium kanallarının blokadasının yaratdığı təsirləri aradan qaldırmaq üçün venadaxilinə kalsium qlükonat məhlulunun yeridilməsi. Hemodializ effektsizdir.



Amlovas 10mq-lıq tabletlər:
Təsiredici maddə:
 Hər tabletin tərkibində 10 mq Amlodipinə ekvivalent olan Amlodipin-bezilat vardır.

Köməkçi maddələr: mikrokristallik sellüloza, qarğıdalı nişastası, maqnezium-stearat, distillə suyu.