Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

BETANEKS FORTE

6.67 AZN
BETANEKS FORTE
İstifadəsinə göstərişlər:

Betahistin Menyer sindromu ilə əlaqədar eşitmənin itirilməsi, başgicəllənməsi və qulaqlarda cingiltinin müalicəsi üçün təyin olunur.

Əks göstərişlər:

Feoxromositoma və peptik mədə xorası olan xəstələrə əks göstərişdir.Onun tərkibində olan maddələrdən hər hansı birinə qarşı həssaslığı olan xəstələrə təyin olunmur.

Xüsusi göstərişlər 

Bronxial astması olan xəstələrin müalicəsi zamanı diqqətli olmaq tələb olunur.

İstifadə qaydası və dozası 

Həkim tərəfindən başqa cür məsləhət görüldükdə, normal gündəlik doza 24-48 mq 2-3 dəfəyə, yeməklə qəbul eidlməsi məsləhət görülür.

Əgər gündəlik doza kimi 48 mq seçilmişdirsə, Betaneks Forte 3 dəfə 1 tablet qəbul edilməlidir.

Kifayət qədər məlumatın olmadığı halda, Betaneks uşaqlar üçün istifadə olunmamlıdır.

Doza həddinin aşılması :

Hazırda, artıq doza ilə əlaqədar təcrübələrin nəticələri hələ mövcüd deyil.

Bu səbəbdən, artıq dozanın təsirləri aydın şəkildə izah oluna bilmir və ya xüsusi müalicə barədə məlumat verilə bilməz.

Lakin, prinsipcə, Betaneks Forte artıq doza ilə istifadəsi nəticəsində aşağıdaki simptomlar müşahidə oluna bilər: baş ağrısı, üzün qızarması, taxikardiya, hipotoniya, bronxospazm, yuxarı tənəffüs yolunda ödem.

Bir halda ki, Betaneksin heç bir xüsusi antidotu yoxdur, artıq doza qəbul olunduğu hallarda mədənin yuyulması və simptomatik müalicə məsləhət görülür.

Bronxospazm və ürək-damar çatışmazlığı zamanı adrenalin və tez təsiredici antihistaminlərdən istifadə oluna bilər.


Bir Betaneks Forte tabletin tərkibindəTəsiredici maddə: 16 mq Betahistin dihidroxlorid vardır.

Köməkçi maddələr: Mikrokristallik sellüloza, mannitol, talk, susuz kolloidal-silisium, təmizlənmiş su.