Amprilan 10 mq

Amprilan 10 mq

7.68 AZN

Tabletlər 10 mq: ağ rəngdə olan, yastı tabletlər

İstifadəsinə göstərişlər
Amprilan preparatından istifadə olunur:
arterial hipertenziya;
xroniki ürək çatışmazlığı;
hemodinamika göstəriciləri stabil olan xəstələrdə kəskin miokard infarktından sonra inkişaf edən xroniki ürək çatışmazlığının müalicəsində.
Diabetik, yaxud qeyri- diabetik aşkar yumaqcıq nefropatiyası olan xəstələrdə və ya nefropatiyanın başlanğıc mərhələsində müalicə vasitəsi kimi

Bu preparat miokard infarktı və insult əmələ gəlməsinin yüksək riski olan xəstələrdə, o cümlədən ürəyin işemik xəstəliyində, kecirilmiş insultdan sonra, eləcə də şəkərli diabet və əlavə risk faktorları ( arterial hipertenziya, hiperxolesterinemiya, siqaret çəkmə) olan hallarda profilaktik məqsədlə istifadə oluna bilər.


İstifadə qaydası və dozası
Preparat qida qəbulundan asılı olmayaraq, çoxlu miqdarda maye ilə daxilə qəbul olunur.

Arterial hipertenziya:Amprilanın tövsiyə olunan başlanğıc dozası – səhərlər acqarına, birdəfəyə, gündə 2.5mq, və ya gündə 2 dəfədir.

Xəstənin reaksiyasından asılı olaraq, doza 2-3 həftəlik fasilə ilə ikiqat artırıla bilər. Adətən dəstəkləyici doza gündə 2.5-5 mq, maksimal gündəlik doza gündə 10 mq təşkil edir. Diuretik dərman preparatları qəbul edən xəstələrə Amprilan təyininə minimum 3 gün qalmış onların istifadəsini dayandırmaq və ya dozanı azaltmaq lazımdır.

Diuretiklərin istifadəsi davam etdirilən arterial hipertenziyalı xəstələrdə və ya arterial hipertenziyası və ürək çatışmazlığı və ya böyrək funksiyalarının çatışmazlığı olan xəstələrdə başlanğıc gündəlik doza bir dəfəyə qəbul edilməklə, 1.25 mq təşkil edir.
Müalicəni ciddi həkim nəzarəti altında başlamaq lazımdır.

Xroniki ürək çatışmazlığı: diuretiklərlə müalicə olunan vəziyyəti stabil olan xəstələrdə Amprilanın tövsiyyə olunan başlanğıc dozası gündə birdəfəyə qəbul edilməklə 1.25 mq təşkil edir. Xəstənin terapevtik cavabından asılı olaraq doza bir – iki həftəlik fasilə ilə ikiqat artırıla bilər. Maksimal gündəlik doza 10 mq təşkil edir.

Diuretiklərin böyük dozalarını alan xəstələrdə preparatla terapiyaya başlamazdan əvvəl diuretiklərin dozasını aşağı salmaq lazımdır. Amprilanın başlanğıc dozası bu cür xəstələr üçün 1.25 mq təşkil edir.

Miokard infarktdan sonra aparılan müalicə: Amprilanla müalicəyə yalnız stasionar şəraitdə, miokard infarktdan sonrakı üçüncü və onuncu günlər arasında başlamaq olar. Preparatın tövsiyyə olunan başlanğıc dozası gündə iki dəfə (səhər və axşam) olmaqla 2.5 mq təşkil edir və iki gündən sonra gündə iki dəfə (səhər və axşam) olmaqla 5 mq – a qədər artırılır. Amprilanın adi dəstəkləyici dozası gündə iki dəfə olmaqla 2.5-5 mq təşkil edir. Əgər xəstələrdə preparatın başlanğıc dozasına qarşı dözümsüzlük olarsa (arterial hipertenziya), o, gündə iki dəfə olmaqla 1.25 mq – a qədər azaldıla bilər. İki gündən sonra doza yenidən iki dəfə olmaqla 2.5 mq – a qədər artırıla bilər, daha iki gündən sonra doza gündə iki dəfə olmaqla 5 mq – a qədər artırıla bilər. Maksimal gündəlik doza 10 mq – dan çox olmamalıdır.

Əgər xəstənin dozanın gündə iki dəfə olmaqla 2.5 mq –a qədər artırılmasına qarşı dözümsüzlüyü olarsa, onda Amprilanla müalicə dayandırılmalıdır.

Böyrəklərin funksional pozğunluğu olan xəstələrdə kreatinin klirensi 0.5 ml/saniyədən (30 ml/dəqiqə) yüksək olsa dozanın dəyişdirilməsi tələb olunmur. Kreatinin klirensi 0.5 ml/saniyədən (30 ml/dəqiqə) aşağı olan xəstələrdə başlanğıc gündəlik doza 1.25 mq, maksimal gündəlik doza isə 5 mq tövsiyə olunur

Qaraciyər pozğunluğu olan xıstələrə başlanğıc doza gündə 1 dəfə 1,25 mq, maksimal sutkalıq doza 25 mq-dır.

65-dən yuxarı, diuretik dərman maddələri qəbul edən, ürək çatışmazlığı, böyrək və qaraciyər funksiyaları pozulmuş xəstələr üzərində ciddi nəzarətin müşahidə aparılması lazımdır. Amprilanın dozası arterial təzyiqin səviyyəsindən asılı olaraq seçilməlidir.

Əks göstərişlər
Ramiprilə və preparatın istənilən digər inqredientinə və ya AÇF – in digər inhibitorlarına qarşı hiperhəssaslığın
anemnezdə angionevrotik ödemin olması (o cümlədən AÇF inhibitorları ilə bundan əvvəl aparılan terapiya ilə bağlı olan)
böyrək arteriyalarının hemodinamik əhəmiyyətli ikitərəfli stenozu, və ya yeganə böyrək arteriyasının stenozu.

Hipotenziyalı və ya qeyri stabil hemodinamikalı xəstələr.

hamiləlik və laktasiya dövrü
birincili hiperaldesterinizm
18 yaşa qədər ( effektivliyi və təhlükəsizliyi təyin edilməyib)

Qanın mənfi yüklə yüklənmiş səthlə təmasda olması ilə gedən ektrakorporalproseduralar zamanı



Təsiredici maddə: 1 tabletin tərkibində  10 mq ramipril olur.

Köməkçi maddələr: natrium hidrokarbonat, laktoza monohidrat, natrium kroskarmelloza, jelatinləşdirilmiş nişasta, natrium stearil fumarat, sarı dəmir oksid (E172), qırmızı dəmir oksid (E172)
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.