Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

AYRA-SANOVEL

10.51 AZN
AYRA-SANOVEL
İstifadəsinə göstərişlər 
Arterial hipertenziya

Əks göstərişlər
Preparatın tərkib komponentlərinə qarşı həssaslığın yüksəlməsi, hamiləlik və laktasiya dövrü, kəskin qaraciyər çatışmazlığı və ya xolestaz. 

İstifadə qaydası və dozası
Kandesartan-sileksetilin tövsiyə edilən başlanğıc dozası 4mq/gün-dür. Uzunmüddətli müalicə zamanı gündəlik doza 8 mq-a qədər artırılır. Maksimal gündəlik doza 16 mq-dır. Arterial təzyiqin arzuolunan nəticəsinə nail olana qədər müalicə davam etdirilməlidir.

Terapiyaya başladıqdan 4 həftə sonra maksimal terapevtik effektə  nail olunur. Kandesartan  sileksetil gündə 1 dəfə yeməkdən əvvəl və ya yemək vaxtı qəbul edilir.

Yaşlı xəstələrdə: Böyrək və qaraciyər funksiyaları pozulmayan xəstələrdə başlanğıc doza 4mq təşkil edir.

Böyrək və qaraciyər çatışmazlığı zamanı doza 2mq-a qədər azaldılır. Xəstənin reaksiyasından asılı olaraq dozada düzəlişlər etmək lazımdır. Böyrək çatışmazlığı zamanı:  Yüngül böyrək çatışmazlığı zamanı xəstələrdə dozada düzəlişlərin edilməsi tələb edilmir.

Orta dərəcəli böyrək çatışmazlığı zamanı tövsiyə edilən başlanğıc doza 2 mq/gün-dür. Xəstənin reaksiyasından asılı olaraq doza dəyişdirilə bilər.

Kəskin böyrək çatışmazlığından əziyyət çəkən xəstələr üzərində aparılan kliniki müayinələrin sayının məhdud miqdarda olması ilə əlaqədar olaraq bu xəstələrin kandesartan  sileksetil qəbul etməsi tövsiyə edilmir (kreatinin klirensi <15 ml/dəqiqə).

Qaraciyər çatışmazlığı zamanı: Yüngül və orta dərəjəli qaraciyər çatışmazlığı zamanı tövsiyə edilən başlanğıc doza 2 mq/gün-dür. Xəstənin reaksiyasından asılı olaraq doza dəyişdirilə bilər. Preparatdan kəskin qaraciyər çatışmazlığı zamanı istifadə edilməsi haqqında məlumatlar yoxdur. Kombinəedilmiş müalicə: Kandesartan  sileksetil və tiazid qrupundan olan diuretiklərin (xlortiazid) birlikdə istifadə edilməsi birincinin antihipertenziv effektini gücləndirir. 



Təsiredici maddə: 1 tabletin tərkibində 16 mq kandesartan-sileksetil olur.

Köməkçi maddələr:qırmızı dəmir oksidi