Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

FİBRON

5.59 AZN
FİBRON
Göstərişlər: 

Bronxit, pnevmoniya, bronxial astma (bəlğəmin gətirilməsi çətinləşdiyi zaman), bronxoektatik xəstəlik, yarımçıq doğulmuşlarda və yenidoğulmuşlarda respirator-distress sindrom.

Qəbul qaydası və dozaları:

Sirop 30 mq/5ml:   

Birinci 2-3 gün ərzində 1 m (5ml) x 3 dəfə gündə
Qalan 7-8 gün ərzində 1 m (5ml) x 2 dəfə təyin edilir.
 

Ambroksol effektiv mukolitik və mukokinetikdir. Bronxial vəzi hüceyrələri tərəfindən selik ifrazını artırır, qatı bəlğəmin bronx divarına yapışmasının qarşısını alır, mukosiliar klirensi bərpa edir, tənəffüs yolu boyunca selikli qişanın kirpikli epitel hüceyrələrinin hərəkətliliyini bərpa edir. Ambroksol tənəffüs yolu hüceyrələrinə qoruyucu təsir edir, alveolyar makrofaqları aktivləşdirir, II tip pnevmositlər tərəfindən surfaktantın sintezini artırır. Antioksidant təsirlidir (bu ağciyər toxuması, tənəffüs yolu selikli qişa hüceyrələrinə lokal olaraq qoruyucu təsir göstərir); birbaşa iltihabəleyhinə təsir göstərir; antibiotiklərin ağciyər toxumasına daxil olmasını gücləndirir; bronxların hiperreaktivliyini azaldır;
Ambroksol daxilə qəbul zamanı tez və praktiki olaraq bütünlüklə bağırsaqlardan absorbsiyaya uğrayır, ambroksolun biomənimsənilməsi 70-80% olub, qaraciyərdən birinci dəfə keçərkən 20-30% - metabolizmə uğrayır. 75-90% plazma zülalları ilə birləşir. Qanın plazmasında maksimal konsentrasiyaya 2 saatdan sonra çatır. Ambroksol bütün orqan və toxumalara, xüsusilə ağciyər, böyrəklərə tez bir zamanda penetrasiya etmək qabiliyyətinə malikdir. Ambroksolun yarımçıxarılma dövrü 10-12 saatdır. Sidik (90%) və nəcislə,  xüsusilə q/toksik metabolitlər şəklində xaric olur.

Ambroksol hematoensefalik baryerdən və ana südünə keçmək qabiliyyətinə malikdir. Qaraciyər xəstəliklərinin ağır formalarında ambroksolun klirensi 20-40% azala bilir. Böyrək funksiyasının ağır formalı pozğunluqlarında da yarımçıxarılma dövrü uzana bilir.