Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

BONAKSİM 500

3.26 AZN
BONAKSİM 500
Göstərişləri:

  • Yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları (tonzillit, otit, sinusit, bronxit, traxeit, pnevmoniya və s.)
  • Sidik-cinsiyyət yollarının infeksiyaları (pielonefrit, sistit, uretrit, oofarit, salpingit, endometrit)
  • Xolesistit, xolangit
  • Dəri və yumşaq toxumaların infeksiyaları (qızıl yel, piodermiya)
  • Qonoreya
  • Sümük və oynaqların infeksiyaları (bursit, osteomielit)
  • İntraabdominal infeksiyalar (pankreatit, peritonit)
  • Cərrahi əməliyyatlardan əvvəl və sonra profilaktika və ya müalicə məqsədilə
  • Revmatizm
  • Sepsis (septik endokardit)
  • Bakteriemiya
  • Meningit

İstifadə qaydası: Bonaksim ə/d və v/d istifadə olunur.
V/D: 1 qr  4 ml steril mayedə həll edilir və asta-asta 3-5 dəq. ərzində yeridilir.
V/D damcı üsulu ilə: 2 qr preparatı 100 ml izotonik məhlul NaCl və ya 5 % qlükozada həll edilir və 50-60 dəq. ərzində yeridilir.
Hazırlanan məhlul 24 saat ərzində soyuducuda və 12 saat 25 C dərəcə temperaturda saxlanıla bilər.
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar:
Kəskinləşməmiş infeksiyalar: 1-2 qr 12 saatdan bir
Orta ağırlıqlı infeksiyalar: 1-2 qr 8 saatdan bir
Ağır infeksiyalar: 2 qr 4,6,8 saatdan bir.
Maksimal sutkalıq doza 12 qr-dan çox olmamalıdır.
1 aydan 12 yaşa qədər uşaqlar: (50 kq-dan çox olan bədən çəkisi olanlar): 50-180 mq/kq/sut ə/d və ya v/d
Yenidoğulmuşlar (1 - 4 həftəyə qədər): 75-150 mq/kq çəkiyə 8 saatdan bir.
Yenidoğulmuşlar (7 günə qədər): 50-100 mq/kq çəkiyə 12 saatdan bir
Yarımçıq doğulan uşaqlar: sutkalıq doza 50 mq/kq artıq olmamalıdır.  
Əks göstəriş:
Sefalosporinlərə qarşı yüksək həssaslıq, lidokainin istifadəsi zamanı bəzi əks-göstərişləri nəzərə almaq lazımdır: ağır ürək çatışmazlığı, vena daxili yeridilmə, lidokainə qarşı yüksək həssaslıq. 
Hamiləlik və laktasiya dövrü:
Hamiləlik zamanı və süd vermə dövründə məsləhət görülmür. 
 

Tərkibi: Sefotaksim 0,5 qr və 1 qr