İMODİUM

İMODİUM

8.26 AZN
Tünd boz rəngli gövdədən və yaşıl rəngli qapaqdan ibarət bərk jelatin kapsullardır (ölçüsü 4). Üzərində ağ rəngli yazılar: qapağının üzərində -

"Imodium", gövdəsinin üzərində - "Janssen". Kapsulların möhtəviyyatı - ağ rəngli toz.


Istifadəsinə göstərişlər:

·  kəskin və xroniki diareya

·  ileostomalı xəstələrdə nəcisin tənzimlənməsi
 
Əks göstərişlər:

·  6 yaşadək uşaqlar

·  loperamidə və/və ya preparatın digər tərkib hissələrinə qarşı yüksək həssaslıq;

·  kəskin dizenteriya və MBS-nin digər infeksiyaları (o cümlədən Salmonella, Shigella və Campylobacter tərəfindən törədilən infeksiyalar);

·  bağırsaq keçməzliyi  (o cümlədən  peristaltikanın zəifləməsinin qarşısını almaq zərurəti olduqda), divertikulyoz, kəskin mədə yarası, kolit və

ya psevdomembranoz enterokolit (antibiotiklərin qəbulu nəticəsində yaranmış diareya);

·  hamiləliyin birinci trimestri;

·  laktasiya dövrü.

İstifadə qaydası və dozası:

Daxilə qəbul edilir.

Böyüklər, o cümlədən yaşlılar və 6 yaşdan yuxarı uşaqlar:

·  Kəskin diareya: başlanğıc dozası - böyüklər üçün 2 kapsul (4 mq), uşaqlar üçün 1 kapsul (2 mq); sonradan hər defekasiya aktından sonra,

nəcis duru olduğu halda 1 kapsul (2 mq) qəbul edilməlidir.

·  Xroniki diareya: başlanğıc dozası - böyüklər üçün gündə 2 kapsul (4 mq), uşaqlar üçün 1 kapsul (2 mq); sonradan adətən bu doza fərdi

şəkildə elə təyin edilir ki, nəcisin xaricolma tezliyi gündə 1 -2 dəfə olsun; buna adətən gündə 1-dən 6-dək kapsul miqdarında dəstəkləyici

doza vasitəsilə nail olunur.

·  Maksimal  gündəlik  doza:  Kəskin  və  xroniki  diareya  zamanı böyüklərdə - 8 kapsul (16 mq); uşaqlarda maksimal gündəlik doza bədən

kütləsindən asılı olaraq hesablanır (uşağın bədən kütləsinin hər 20 kq-na 3 kapsuldan 8 kapsuladək (16 mq)).

Nəcis normallaşdıqda və ya 12 saatdan artıq müddət ərzində nəcis olmadığı halda preparatın qəbulu dayandırılır.
 
Doza həddinin aşılması:

Simptomları: Mərkəzi sinir sisteminin (MSS) pozğunluğu: stupor, koordinasiyanın pozulması, yuxululuq, mioz, yüksək əzələ tonusu, tənəffüs

pozğunluğu; bağırsaq keçməzliyi. Uşaqlar preparatın MSS-nə təsirinə qarşı daha çox həssasdırlar.
 
Saxlanma şəraiti: 15°C-30°C temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.
 

Təsiredici maddə:

 1 kapsulda 2 mq loperamid-hidroxlorid vardır.

Köməkçi maddələr:

 laktoza, qarğıdalı nişastası, talk, maqnezium-stearat.

Kapsulun örtüyü:

 titan 4-oksid, sarı dəmir oksidi, natrium indiqotin-disulfonat, jelatin, qara dəmir oksidi, natrium eritrozin.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 

Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.