Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

BENAZOL

7.12 AZN
BENAZOL
İstifadəsinə göstərişlər:
Exinokokkoz
Neyrosistoserkoz
Askaridoz 
Enterobioz
Qnatostomoz
Ankilostomoz
Strongiloidoz
Toksokaroz
Trixosefallyoz
Nematodoz
Trixostrongilyoz
Tenioz
Trixinelyoz
Klonorkoz
Lyamblioz
Əks göstərişlər:
Preparatın hər hansı bir komponentinə qarşı yüksəkhəssaslıq.
İstifadə qaydası və dozası:Echinococosus ilə törədilən exinokokk kistaları və Taenia solium ilə törədilən neyrosistoserkoz zamanı müalicə sxemi .  Benazol suspenziyanın flakonunu istifadədən əvvəl çalxalayın.  Benazol yağlı qida ilə qəbul olunur.
Göstərişlər
Xəstənin çəkisi
Dozalanma
Müalicə müddəti
Exinokokk kistası
(hidatik xəstəlik)
60 kq yaxud artıq
400 mq albendazol gündə 2 dəfə qida ilə qəbul olunur


28 gün,fasilə 14 gün,müalicə  3 kurs davam edilməlidir.

60 kq aşağı
Gündəlik doza 15mq/kq təşkil edir, gündə 2 dəfə qida ilə qəbul olunur (gündəlik maksimal doza 800 mq)
Qeyd:Sistalı formaların cərrahi müalicəsindən əvvəl və sonra maksimal antiparazitar effekti əldə etmək üçün 3 müalicə kursu aparılmalıdır.
Neyrosistoserkoz
60 kq yaxud artıq
400 mq albendazol gündə 2 dəfə qida ilə qəbul olunur



8-30 gün

60 kq aşağı
Gündəlik doza 15mq/kq təşkil edir, gündə 2 dəfə qida ilə qəbul olunur (gündəlik maksimal doza 800 mq)

Digər helmintozlar zamanı:Bağırsaq helmintozları:  2 yaşdan yuxarı uşaqlar və böyüklər üçün:   
Enterobioz,askaridoz,alkilostomoz,trixosefallyoz,nekatoroz zamanı:Albendazol 400 mq birdəfəlik dozada qəbul olunur.   Strongiloidoz,tenioz zamanı:Albendazol 400 mq birdəfəlik dozada 3 gün qəbul olunur.Müalicədən 3 həftə sonra,əgər klinik effect müşahidə olunmursa müalicə kursu təkrarlanır.
Aptekdən resept əsasında buraxılır

Tərkibi:
10 ml suspenziyanın tərkibində:
Təsiredici maddə: Mikronizə olunmuş albendazo l400mq
Köməkçi maddələr: Şəkər, makroqol 400,kaliumsorbat, kaliumasesulfam. Polisorbat 80, benzoin turşusu (E210), ksantan kitrəsi,qliserol, portağal ətirləndiricisi, vanillin, təmizlənmiş su.