TERAPİN BİD

TERAPİN BİD

5.22 AZN
Terapin BİD 200mq/28,5mq suspenziya hazırlamaq üçün quru toz, 70ml-lik şüşə flakonlarda
İstifadəsinə göstərişlər:

Preparata həssas olan bakteriyalarla törədilmiş infeksion iltihabi xəstəliklərin müalicəsi.
•Yuxarı tənəffus yollarının infeksiyaları (o cümlədən, kəskin və xroniki sinusit, udlaq abssesi).
•Aşağı tənəffus yollarının infeksiyaları (o cümlədən, xroniki bronxit və pnevmoniya).
•Kəskin və xroniki otit.
•Sidikqovucu yolların infeksiyaları.
•Ginekoloji infeksiyalar.
•Dərinin və yumşaq toxumaların infeksiyaları.
•Oynaq və sümük infeksiyaları.
•Şankroid.
•Qonoreya (süzənək).
Qrammüsbət və qrammənfi mikroorqanizmlər və anaeroblar tərəfindən törədilən qarışıq infeksiyaların müalicəsi (o cümlədən, peritonit, xolangit, xolesistit, qarın nahiyəsində aparılan cərrahi əməliyyatdan sonra baş verən fəsadlar, aspirasion pnevmoniya, xroniki sinusit və otit, udlağın abssesi, süd vəzilərinin abssesi, xroniki osteomielit).
Cərrahi mudaxilə zamanı profilaktika məqsədi ilə.

Əks göstərişlər

Penisillin antibiotiklərinə qarşı yuksək həsaslıq.

İstifadə qaydası və dozası:

Terapin BlD suspenziyası 2 aylıq - 6 yaşlı uşaqlara təyin olunur.
Orta və ağır infeksiyalarda: gündə 2 dəfə (25/3,6) mq/kq.
Ağır infeksiyalarda: 12 saatdan bir (45/6,4)mq/kq.
2 aylıq – 2 yaş arası: hər12saatdan bir ½ ölcü qaşığı(2,5ml).
Orta, orta-ağır və ağır infeksiyalarda müalicə zamanı doza uşağın bədən kütləsindən asılı olaraq müəyyən edilir. Kütlədən asılı olaraq dozaya düzəliş edilməlidir.
2 yaşdan-6yaşa qədər uşaqlara : hər12 saatdan bir 1 ölcü qaşığı(5ml).
Müalicə kursu 7gündən artıq olmamalıdır.
Terapin BİD 200mq/28 mq suspenziya 2 aylıqdan aşağı uşaqlara tövsiyə olunmur.
Böyrəklərin aydın ifadə olunmuş funksional pozğunluğu zamanı (KK 10-30 ml/dəq) dozaya düzəliş edilməlidir. Bu, birdəfəlik dozanın azaldılması və ya preparatın qəbul vaxtları arasındakı intervalı 12 və ya 18 saata qədər artırmaq yolu ilə edilir.

Doza həddinin aşılması:

Toksiki təsiri zəif olduğu üçün doza həddinin aşılması az ehtimal olunur.
Əlamətləri: Ü rəkbulanma, qusma, diareya.
Müalicəsi: Simptomatik müalicə aparılır. Hemodializ effektlidir. Dializ mayesində 23,5% amoksisillin və 40% klavulan turşusu aşkar edilir.

Saxlanma şəraiti

25°C-dən aşağı temperaturda,quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Aptekdən buraxılma şərti : Resept əsasında buraxılır.
Təsiredici maddə: 100 ml suspenziyanın tərkibində 2 q ibuprofen vardır (2,0 q/100 ml).
Köməkçi maddələr: kremofor RH-40, karboksilləşmiş metilsellülozanın natrium duzu, maqnezium-alüminium silikat, saxaroza,qliserin, propilenqlikol, metilhidroksibenzoat, propilhidroksibenzoat, limon turşusu, natrium-hidrofosfat, portağal aromatizatoru, oya maddəsi: narıncı-sarı, saxarinin natrium duzu, krospovidon, təmizlənmiş su.


Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. 
Məhsulun növündən asılı olaraq sifarişiniz minimum 1 saat, maksimum isə 1 gün ərzində çatdırılır.