İstifadəsinə göstərişlər:
Amoksisillin uşaqlarda və böyüklərdə aşağıdakı infeksiyaların müalicəsində nəzərdə tutulmuşdur:
kəskin bakterial sinusit;
kəskin orta otit;
streptokokk mənşəli kəskin tonzillit və faringit;
xroniki bronxitin ağırlaşması;
xəstəxanadan kənar pnevmoniya;
kəskin sistit;
hamiləlikdə simptomsuz bakteriuriya;
kəskin pielonefrit;
tifo və paratifoid qızdırması;
dərialtı toxumaların iltihabı ilə müşayiət olunan dental abses;
protez oynaqların infeksiyası;
laym xəstəliyi;
Amoksisillin həmçinin endokarditin profilaktikasında göstərilir.
Əks göstərişlər:
Təsiredici maddəyə, penisillinlərə və preparatın tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq;
Anamnezdə digər beta-laktam antibiotiklərə qarşı ağır dərəcəli sürətli gedişli hiperhəssaslıq reaksiyaların olması.
İstifadə qaydası və dozası:
Müalicənin davametmə müddəti infeksiyanın növündən və xəstənin reaksiyasından asılıdır və mümkün qədər qısamüddətli olmalıdır. Bəzi infeksiyaların müalicəsi üçün daha uzunmüddətli müalicə tələb olunur.
Amoksi-denk daxilə qəbul üçün nəzərdə tutulmuşdur.
Amoksi-denk-in sorulması qidadan asılı deyil.
Rəylər (0)