İstifadəsinə göstərişlər:
Osteoartrit;
kəskin və ya xroniki revmatizm, o cümlədən revmatoid artrit, oynaqdankənar revmatizm, ankilozlaşan spondilit, lumboişialgiya;
travmatik və ya degenerativ xəstəliklər nəticəsində yaranan oynaqların və onurğanın, vətərlərin, bağların və əzələlərin ağrılı iltihabi vəziyyətləri;
ağrılı əzələ spazmlarının simptomatik müalicəsi;
post-travmatik və əməliyyat sonrası ağrı.
Əks göstərişlər:
Preparatın istifadəsi aşağıdakı hallarda əks göstərişdir:
Süst iflic, əzələ hipotoniyası;
Mədə-bağırsaq qanaxması;
Kron xəstəliyi və ya xoralı kolit;
Anamnezdə bronxial astma xəstəliyi;
ağır ürək çatışmazlığı;
Qaraciyər funksiyalarının ciddi pozğunluğu;
Hemorragik diatez və ya digər qan laxtalanma pozğunluğu;
Koronar şuntlama əməliyyatı zamanı perioperativ ağrının müalicəsi;
Hamiləlik və laktasiya dövrü;
18 yaş və daha kiçik pasiyentlər;
Preparat anamnezində aspirin və ya digər QSİƏP-in tətbiqi səbəbindən astma, məxmərək və ya digər allergik reaksiya olan xəstələrdə istifadə edilməməlidir. Bu xəstələrdə QSİƏP qəbulundan sonra ağır, nadir hallarda ölümcül, anafilaktik baş vermişdir.
İstifadə qaydası və dozası:
Preparatın tövsiyə olunan maksimal dozası hər 12 saatdan bir 25 mq deksketoprofen 8 mq tiokolxikoziddir. Yəni maksimal doza gündə 2 tabletdən və ya 3 tabletdən çox deyil.Müalicə kursu 5-7 gündə çox olmamalıdır.
Rəylər (0)