İstifadəsinə göstərişlər:
Preparata qarşı həssas olan mikrooqanizmlərin törətdiyi ginekoloji infeksiyalar ( uşaqlıq yolunun infeksiyaları, endometrit, yumurtalıqların abssesi, salpingit, pelvioperitonit, bakterial vaginoz)
Əks göstərişləri:
Hiperhəssaslıq, miasteniya, qaraciyər və böyrək funksiyasının nəzərəçarpan pozğunluqları, laktasiya (müalicə zamanı ana südü ilə qidalandırma dayandırılır).
İstifadə qaydası və dozası:
Preparat intravagunal istifadə olunur. İstifadəsindən öncə 1 suppozitoriya kontur qablaşdırmadan azad olunaraq, uşaqlıq yolunun daxilinə arxası üstə uzanmış vəziyyətdə dərinə yeridilir.
Böyüklər: 3-7 gün ərzində gündə 1 dəfə 1 suppozitoriya, yuxudan bilavasitə öncə.
Hamiləlik və laktasiya dövrü:
Əgər, klindamisin hamiləlik dövründə istifadəsinin ana üçün faydası döl üçün potensial riskdən üstündürsə, o zaman preparatın istifadəsi mümkündür.Preparatdan istifadə zamanı ana südü ilə qidalandırma dayandırılmalıdır.
Rəylər (0)