İstifadəsinə göstərişlər:
Burun boşluğu və burunətrafı ciblərinin iltihabi və infeksion xəstəlikləri:
kəskin və xroniki rinit:
kəskin və xroniki rinofaringit:
sinusit.
Əks göstərişlər:
Preparatın tərkibindəki maddələrdən hər hansı birinə qarşı həssaslıq.
Qapalı bucaqlı qlaukomaya şübhə olduqda.
Prostat vəzinin hiperplaziyası.
Böyrək çatışmazlığı.
Ağciyər vərəmi.
Şəkərli diabet.
Hamiləlik və laktasiya dövrü.
2,5 yaşa qədər uşaqlar.
Ürək-damar xəstəlikləri.
İstifadə qaydası və dozası:
Mikoserin sprey yerli, burundaxili istifadə üçün nəzərdə tutulmuşdur. Preparat hər burun boşluğuna istifadə olunur. İstifadə etməzdən əvvəl burun yollarını yaxşıca təmizləmək lazımdır.
Böyüklərə: hər burun dəliyinə 1 püskürtmədən gündə 3-5 dəfə istifadə edilir.
2,5-18 yaş arası uşaqlara: hər burun dəliyinə 1 püskürtmədən gündə 3 dəfə istifadə edilir.
Müalicə müddəti 5-10 gün təşkil edir.
Rəylər (0)