İstifadəsinə göstərişlər:
kəskin bakterial sinusit;
xroniki bronxitin kəskinləşməsi;
xəstəxanaxarici pnevmoniya;
dəri və yumşaq toxumaların ağırlaşmış infeksiyaları;
pielonefrit və sidikçıxarıcı yolların infeksiyaları;
xroniki bakterial prostatit;
ağırlaşmamış prostatit;
ağırlaşmamış sistit;
qarayaranın ağciyər forması: postkontakt profilaktika və müalicəsi.
Əks göstərişlər:
levofloksasinə, digər xinolonlara və ya preparatın köməkçi mddələrindən hər hansı birinə qarşı hiperhəssaslıq;
epilepsiya;
uşaqlar və 18 yaşa qədər yeniyetmələr;
hamiləlik;
laktasiya.
İstifadə qaydası və dozası:
Preparat daxilə gündə 1 və ya 2 dəfə qəbul edilir. Doza infeksiyanın tipindən və ağırlığından, həmçinin ehtimal olunan törədicinin həssaslığından asılıdır.
Rəylər (0)