İstifadəsinə göstərişlər:
- Xüsusən allergiya mövsümündə burunun gündəlik gigiyenası üçün;
- Allergik rinitin qarşısının alınması və aradan qaldırılması üçün;
- Quru və qıcıqlanmış burun selikli qışası olan insanlarda;
- Burunun selikli qışasının qurumasının və qıcıqlanmasının qarşısını almaq üçün burun kortikosteroidlərinin tətbiqi zamanı;
- Səyahət zamanı, mərkəzi istilik və ya kondisionerli otaqlarda qaldıqda burun boşluğunun quruması zamanı.
Əks göstərişləri:
Məhsulunun tərkibində olan hər hansı maddəyə qarşı fərdi həssaslıq. Nadir hallarda, həssas insanlarda allergik reaksiyalar baş verə bilər. Reaksiyalar mülayimdir və bir qüayda olaraq preparatın istifadəsini dayandirdiqdan sonra yox olur. Hamiləlik və laktasiya dövründə istifadə zamanı məhsulun heç bir yan təsiri qeydə alınmamışdır. Uşaqlar məhsulu yalnız böyüklərin nəzarəti altında istifadə edilməlidirlər. Burun zədəsi və ya əməliyyatdan sonra Sinusol Ectoin spreyi yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə edilməlidir. Məhsulu yararlılıq müddətindən sonra istifadə etməyin.
Əgər məhsulun hər hansı inqrediyentinə qarşı allergiyanız mövcuddursa istifadə etməyin. İstifadə zamanı allergik reaksiya yaranarsa qorxmayın.
Sinusol Ectoin spreyinin istifadəsini dayandıraraq həkim və ya əczaçınıza məlumat verin.
-Daxilə qəbul etməyin;
- Uşaqlar böyüklərin nəzarəti olmadan istifadə etməməlidir;
- Gigiyenik səbəblərə görə, hər bir şəxsin öz flakonu olmalıdır.
İstifadə qaydası və dozası:
Böyüklər və bir yaşdan yuxarı uşaqlar: Gündə bir neçə dəfə hər burun dəliyinə 1-2 püskürtmə
Bir yaşa qədər uşaqlar: Gündə bir neçə dəfə hər burun dəliyinə 1 püskürtmə.
Rəylər (0)