İstifadəsinə göstərişlər:
- Gündəlik burun gigiyenası üçün;
- Zədələnmiş selikli qişanın epitelizasiyasını təmin etmək üçün;
- Əməliyyatdan sonra selikli qışanın epitelizasiyasını təmin etmək üçün;
- Tənəffüs yollarının tıxanması zamanı,virus mənşəli soyuqdəymələrdə və alergik asqırmalarda;
- Normal fizioloji funksiyası pozulmuş selikli qışanın quruması və qıcıqlanması zamanı;
- Səyahət zamanı, mərkəzi istilik və ya kondisionerli otaqlarda qaldıqda burun boşluğunun quruması zamanı;
- Salfetlərin tez-tez istifadəsi səbəbindən burun ətrafındakı dərinin qıcıqlanması zamanı
- Pirsinqdən sonra.
Əks göstərişlər:
Nadir hallarda, həssas insanlarda allergik reaksiyalar baş verə bilər. Reaksiyalar mülayimdir və bir qüayda olaraq preparatın istifadəsini dayandirdiqdan sonra yox olur. Hamiləlik və laktasiya dövründə istifadə zamanı məhsulun heç bir yan təsiri qeydə alınmamışdır. Uşaqlar məhsulu yalnız böyüklərin nəzarəti altında istifadə edilməlidirlər. Burun zədəsi və ya əməliyyatdan sonra Sinusol Ectoin spreyi yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə edilməlidir. Məhsulu yararlılıq müddətindən sonra istifadə etməyin.
Əgər məhsulun hər hansı inqrediyentinə qarşı allergiyanız mövcuddursa istifadə etməyin. İstifadə zamanı allergik reaksiya yaranarsa qorxmayın.
Sinusol Ectoin spreyinin istifadəsini dayandıraraq həkim və ya əczaçınıza məlumat verin.
-Daxilə qəbul etməyin;
- Uşaqlar böyüklərin nəzarəti olmadan istifadə etməməlidir;
- Gigiyenik səbəblərə görə, hər bir şəxsin öz flakonu olmalıdır.
İstifadə qaydası və dozası:
Böyüklər və bir yaşdan yuxarı uşaqlar: Gündə bir neçə dəfə hər burun dəliyinə 1-2 püskürtmə
Bir yaşa qədər uşaqlar: Gündə bir neçə dəfə hər burun dəliyinə 1 püskürtmə.
Rəylər (0)