Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

ANSİMAR

10.50 AZN
ANSİMAR
Göstərişlər:
Bronxial astma, bronxların spazmı ilə müşayiət olunan digər ağciyər xəstəlikləri, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, ağciyər enfizeması zamanı bronxoobstruktiv sindromun profilaktikası və müalicəsi.

Əks göstərişlər:
ANSİMAR dərman vasitəsinə və ya digrə ksantin törəmələrinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:
-400 mq tabletlər böyüklərə 1 tablet gündə 2-3 dəfə daxilə qəbul üçün təyin edilir.

-100 mq\10 ml venadaxili inyeksiya üçün məhlul böyüklərə 2 ampul məhlul vena daxilinə arxası üstə uzanmış vəziyyətdə yavaş sürətlə yeridilir. Kəskin fazada yaxşı olar ki, fizioloji məhlul durulaşdırılsın. Həkim təyinatına uyğun olaraq yeridilmə hər 12 saatdan bir təkrarlana bilər.

-200 mq daxilə qəbul edilən məhlulu hazırlmaq üçün toz məktəb yaşlı uşaqlara gündə 1-3 saşe, 1 stəkan suda həll edilərək daxilə qəbul olunur
-20 mq\ml şərbət uşaqlara 10 ml şərbət gündə 1-3 dəfə yeni yetmələrə 20 ml şərbət gündə 1-2 dəfə

Böyüklərə 20 ml şərbət gündə 2-3 dəfə daxilə qəbul üçün təyin edilir.

Təsiredici maddə: hər tabletin tərkibində 400 mq doksofilin vardır.

Köməkçi maddə: susuz kolloidal silisium dioksid, sulu kolloidal silisium dioksid, prejelatinləşdirilmiş qarğıdalı nişastası, laktoza mpnohidrat, polivinil pirrolidon, mikrokristallik sellüloza natrium karboksimetilsellüloza, talk, maqnezium stearat.