Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

Şərtlər və qaydalar

Ümumi qaydalar


Bu qaydalar melhem.az saytının vacib tərkib hissəsidir, belə ki, melhem.az [bundan sonra sayt kimi də istinad ediləcək] saytından istifadə edilməsi və /və ya sifariş verilməsi bu qaydalar ilə tanışlıq və razılıq kimi qəbul edilir.


Saytda yer alan materiallar Azərbaycan Respublikasının ərazisində olan istehlakçılar üçün nəzərdə tutulmuşdur. Sayta digər məkanlardan daxil olan şəxslər olduqları yerin qanunvericiliyinə riayət etmək məsuliyyətini daşıyır. Melhem.az da hesab yaratmaq üçün Sizin ən azı 15 yaşınız olmalıdır.


İstər saytın istifadəsi, istərsə də saytdan sifariş edilməsi nəticəsində yaranan münasibətlər və ya müqavilələr Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Yarana biləcək hər hansı bir narazılıq qarşılıqlı razılıq əsasında həll edilir. Bu mümkün olmadıqda isə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən məhkəmələr tərəfindən həll edilir. Bununla əlaqədar yaranan hər hansı bir təmas, yazışma Azərbaycan dilində aparılır.


Saytda yer alan məlumatlar daimi olaraq yenilənir və kontentin hazırlanması xüsusi diqqətlə yerinə yetirilir. Lakin bununla belə, sayta fasiləsiz əlçatımlığa dair zəmanət verilmir və məhz buna görə də saytda yer alan məlumatların daima yeni və xətasız olmasına zəmanət verilmir.


Müvafiq qanunvericiliyin yol verdiyi dərəcədə, sayta girişlə bağlı yaranan problemlər, o cümlədən, saytdakı məlumatın qeyri-dəqiqliyi ucbatından meydana gələn hər hansı bir itki və ya zərərə görə melhem.az və onun sahibi məsuliyyət daşımır.


Saytda yer alan material və ya məlumatdan istifadə nəticəsində yaranmış hər hansı bir itki və ya zərərə görə melhem.az və onun sahibi məsuliyyət daşımır.


Bu qaydalar və şərtlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir və şərh edilir. Bu qayda və şərtlərin hər hansı bir müddəası müəyyən səbəblərə görə qeyri-qanuni, hüquqi cəhətdən etibarsız hesab edilərsə, belə halda məhz həmin müddəa etibarsız hesab ediləcək, və qaydaların digər hissələrinə şamil edilməyəcək.


Melhem.az vaxtaşırı bu qayda və şərtlərə dəyişiklik edilməsi və yeni qayda və şərtlərin bu saytda yerləşdirilməsi hüququnu özündə saxlayır.


Ticarət nişanları


Bu saytda istinad və istifadə edilən bütün brend markalar, adlar, məhsullar və müəllif hüquqları onların müvafiq sahiblərinə məxsusdur. Müvafiq sahiblərdən başqa bütün digər şəxslər tərəfindən onların istifadəsinə yol verilmir, bu cür istifadə sözügedən sahiblərin hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.


Müəllif hüquqları


Bu saytda istifadə edilən bütün dizayn, mətn, qrafika, o cümlədən, onların seçilməsi və saytda yerləşdirilməsi melhem.az saytının və ya kontent təminatçısının müəllif hüquqları hesab olunur. Bu saytda yer alan materiallardan şəxsi və qeyri-kommersiya məqsədləri üçün istifadəyə yol verilir. Bütün digər məqsədlər üçün saytdakı materiallardan istifadə melhem.az ın icazəsi olmadan qadağan edilir.


Sifarişlərin qəbul edilməsi


Qəbul edilən sifarişlərin ödənişi ya nəğd formada qapıda alınır və ya bank kartı vasitəsilə həyata keçirilir. Sifariş qəbul edilməzdən əvvəl daxil etdiyiniz ödəniş detalları yoxlanılır və yalnız bundan sonra sifarişiniz qəbul edilir. Sifarişin qəbul edilməsi barədə bildiriş göstərdiyiniz elektron poçt ünvanına göndərilir və ya mobil telefon nömrəsinə zəng edilərək təsdiq edilir (mobil telefona zəng ünvan dəqiq göstərilmədikdə edilir). Sifarişin təsdiqlənməsi tərəflər arasında razılıq kimi qəbul edilir.


İstifadəçinin daxil etdiyi bank kartı məlumatları melhem.az saytında saxlanılmır.


Müştəriyə satılan məhsulun sayına məhdudiyyət qoyulması hüququ melhem.az a məxsusdur. Yalnız stokda mövcud olan məhsullar sifariş edilməlidir. Bank kartından istifadə edərək stokda olmayan məhsul sifariş edildikdə ödəniş geri qaytarılır.


Bakı şəhəri üzrə saat 17:00-a kimi verilən sifarişlər həmin gün, 17:00-dan sonra verilən sifarişlər isə növbəti gün çatdırılır. Ünvandan asılı olaraq çatdırlma haqqı 2 – 3 AZN arasında dəyişilir.


Həkim reseptilə satılan dərman preparatları və digər məhsullar sayt vasitəsilə sifariş edildikdə resept mütləq təqdim edilməlidir. Resept həm onlayn qaydada (whats app vasitəsilə) həm də qapıda məhsul çatdırılan zaman təqdim edilməlidir. Əks təqdirdə məhsulun sifariş verən istifadəçiyə verilməsindən imtina edilir.


Sayt psixotrop maddələrin satışını həyata keçirmir və bu cür məhsulların sifarişini də qəbul etmir.


Məhsulların rəngləri


Melhem.az məhsul rənglərinin saytda dəqiq göstərilməsi üçün bütün lazımi tədbirləri görür. Lakin, müxtəlif kompüter və mobil cihazlar rəngləri fərqli əks etdirə bilər, buna görə də, internetdə rənglər dəqiq əks olunmaya bilər.


Qiymətlər barədə məlumat


Melhem.az məhsul qiymətlərinin dəqiq göstərilməsi üçün bütün lazımi tədbirləri görür. Qiymətlər vaxtarşırı dəyişə bilər, buna görə də, əvvəl sifariş etdiyiniz məhsulun qiymətində dəyişiklik ola bilər. Məhsul qiymətləri tez-tez dəyişildiyindən məhsulun saytdakı qiyməti ilə faktiki qiymət arasında da müəyyən fərqlər ola bilər. Bu cür hallar müşahidə edildikdə müştəriyə məhsulun faktiki qiyməti bildiriləcək və razılıq əldə edildikdən sonra sifariş təsdiqlənəcək.


Məsləhətlərin verilməməsi


melhem.az saytı istifadəçilərə hər hansı bir xəstəlik, insan səhhətində yaranmış nasazlıq, narahatlıq barədə məsləhət, təklif və göstəriş vermir, o cümlədən, hər hansı bir xəstəlik, onun müalicəsi və qabaqlayıcı tədbirlərin görülməsi barədə də məlumat vermir.


İstifadəçi məlumatlarının doğruluğu


İstifadəçilər saytda qeydiyyatdan keçərkən daxil etdikləri məlumatların, xüsusilə də, elektron poçt ünvanı və mobil telefon nömrələrinin doğruluğunu təsdiq edir. Yarımçıq, səhv və ya xətalı məlumat daxil edildikdə verilən sifarişlər çatdırılmayacaq və bu halda məsuliyyəti istifadəçi daşıyacaq.


Email vasitəsilə məlumatlanma


Melhem.az saytı vaxtaşırı qeydiyyatdan keçən müştərilərə məhsul və xidmətlər barədə reklam xarakterli email göndərir. Saytda qeydiyyatdan keçən müştərilər bu cür emaillər alınmasına razılıq verir.