A PHP Error was encountered

Severity: Warning

Message: fopen(/var/lib/php/sessions/ci_sessionjab1h8ak7bhmk42p2mi7u3k3tb65lb3u): failed to open stream: No space left on device

Filename: drivers/Session_files_driver.php

Line Number: 174

Backtrace:

File: /var/www/html/application/controllers/Home.php
Line: 7
Function: __construct

File: /var/www/html/index.php
Line: 254
Function: require_once

A PHP Error was encountered

Severity: Warning

Message: session_start(): Failed to read session data: user (path: /var/lib/php/sessions)

Filename: Session/Session.php

Line Number: 143

Backtrace:

File: /var/www/html/application/controllers/Home.php
Line: 7
Function: __construct

File: /var/www/html/index.php
Line: 254
Function: require_once

Melhem.az - Onlayn Aptek

Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

LUSETAM 1200 mq

5.42 AZN RESEPTLƏ SATILIR
LUSETAM 1200 mq
İstifadəsinə göstərişlər:

Baş beyinin zədələnməsi və ya onun funksiyalarının pozulması nəticəsində yaddaş və diqqət pozğunluğunun inkişafı, sayıqlıq səviyyəsinin zəifləməsi;

Beyin qan dövranı pozğunluqlarının nəticələrinin (əsasən afaziyanın) müalicəsi;

Sinir sisteminin zədələnməsi ilə əlaqədar inkişaf edən əzələ titrəməsi (qabıq mioklonusu);

Başgicəllənmə və tarazlıq hissiyyatının pozulması (damar pozğunluqları və psixi pozğunluqlarla bağlı olan simptomlardan başqa);

Alkoqoldan xroniki istifadə olunması nəticəsində inkişaf edən, həmçinin alkoqol abstinensiya sindromu ilə bağlı olan yaddaş və diqqət pozğunluqlarının kompleks müalicəsinin komponenti kimi;

Digər metodlarla birlikdə tədrisdə geri qalan və dizleksiyalı (yazılı nitqin gec qavranılması) uşaqların iş qabiliyyətini artırmaq məqsədilə.

Əks göstərişlər:

Preparatın istənilən komonentinə qarşı həssaslığın yüksəlməsi;

Ağır böyrək xəstəlikləri;

Baş beyinə qansızmalar;

Laktasiya dövrü;

Hamiləlik.

İstifadə qaydası və dozası:

Preparat qəti şəkildə həkim təyinatı ilə qəbul edilməlidir. Tövsiyə olunan dozaya və ya müalicənin davametmə müddətinə dəqiq əməl etmək lazımdır.

Doza xəstəliyin xarakteri və ağırlıq dərəcəsi, həmçinin xəstənin preparata qarşı reaksiyasından asılı olaraq fərdi şəkildə seçilməlidir. Tabletlər yeməkdən əvvəl, 100-200 ml su ilə qəbul edilməlidir.

Müxtəlif göstərislər zamanı tövsivə olunan dozalar:

Psixo-üzvi sindromun (yaddaş pozğunluğu, diqqətin çatışmazlığı) simptomatik müalicəsi: gündə 2,4-4,8 q (2-3 dəfəyə qəbul olunur).

Beyin qan dövranı pozğunluqlarının (məsələn, insult) nəticələrinin müalicəsi: Yarımkəskin və ya xroniki (15 gündən çox davam edən) xəstəliklər zamanı 4,8-6 q doza tövsiyə edilir.

Kortikal miokloniya: tövsiyə olunan başlanğıc gündəlik doza 7,2 q-dır, bundan sonra lazım gəldikdə dozanı hər dəfə 4,8 q olmaqla, 3-4 gün fasilə ilə gündə 24 q-a qədər artırmaq olar. Başgicəllənmə: gündə 2-3 qəbula bölünmüş 2,4-4,8 q.

Alkoqolun kəsilməsi sindromu: gündə 12 q, sonra gündə 2,4 q olmaqla dəstəkləyici müalicə təyin edilir.

Uşaqlarda dizleksiya: 8-13 yaşlarda loqopedik müalicə ilə yanaşı maksimal tövsiyə olunan doza iki qəbula bölünmüş 3,2 q təşkil edir.

Böyrək funksiyalarının pozulması zamanı preparatın dozasının dəqiqləşdirilməsi tələb oluna bilər.

Müalicənin davametmə müddəti xəstənin kliniki vəziyyəti ilə müəyyən edilir. Xroniki xəstəliklər zamanı müalicə adətən 6-12 həftə, lakin bəzən bir neçə aya qədər, Alsqeymer xəstəliyi zamanı isə hətta bir neçə ilə qədər uzana bilər.

Preparatın qəbulunu öz-özünüzə dayandırmayın!

Doza həddinin aşılması:

Kifayət qədər yüksək dozalar qəbul edildikdə və ya bundan şübhələndikdə həkimə müraciət etmək lazımdır.

Pirasetam hətta çox yüksək dozalarda da toksiki təsir göstərmir. Preparatın spesifik antidotu yoxdur.

Doza həddinin aşılmasından şübhələndikdə simptomatik müalicə təyin edilməlidir.

Pirasetam, ekstraksiya effektivliyi 50-60% olan dializ yolu ilə orqanizmdən xaric edilə bilər.

Növbəti dozanın adi vaxtda qəbulu unudularsa, o, mümkün qədər tez, növbəti dozanın qəbul vaxtı çatana qədər, qəbul edilməlidir.

Əgər növbəti dozanın da qəbul vaxtı artıq çatmışdırsa, əvvəlki doza buraxılmalıdır.

İki dozanın birlikdə qəbul edilməsi doza həddinin aşılmasına gətirib sıxara bilər.


Təsiredici maddə: hər bir örtüklü tabletin tərkibində 1200 mq Pirasetam vardır.

Köməkçi maddələr: maqnezium-stearat, povidon K-30, makroqol 6000, dibutilsebakat, titan 4-oksid, talk, etilsellüloza, hipromelloza