BEPANTEN (krem)
İstifadəsinə göstərişlər:
Dərinin xırda zədələnmələri,yüngül yanıqlar ,sıyrıntılar,şüalanma nəticəsində dərinin qıcıqlanması,xroniki xoralar,yataq yaraları,anal çatlar,dərinin transplantasiyası,uşaqlıq boynunun eroziyası və pişməcələrin müalicəsində istifadə olunur.
Əks göstərişlər:
Preparatın tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Kremi gündə 1 dəfə yaxud zərurət yarandıqda bir neçə dəfə çəkməli.
Uşaqlarda pişməcələrdə gündə 3-4 dəfə çəkməli.
1 qr kremin tərkibinə daxildir. Aktiv inqrediyent:dekspantenol 50 mq.
Qeyri-aktiv inqrediyentlər:DL-pantolakton,fenoksietanol,amfizol K,setil spirti,Stearil spirti,lanolin,izopropilmiristat,propilenqlikol,təmizlənmiş su.