BİDİAB
İstifadəsinə göstərişlər:
Metformin hidroxlorid və qlibenklamid pəhriz və ya fiziki məşqlərlə nəzarətdə saxlana bilməyən II tip(insulindən asılı olmayan)şəkərli diabetin müalicəsi üçün göstərişdir.Metformin hidroxlorid və qlibenklamid bu preparatlardan hər hansı birini ayrılıqda istifadə edən və bununla hiperqlikemiyanı yetərli şəkildə nəzarətdə saxlaya bilməyən II tip diabetli xəstələrin müalicəsində ikinci xətt terapiyası kimi işlənə bilər.
Əks göstərişlər
- Metformin hidroxloridə ,qlibenklamidə,digər sulfonil-sidik cövhəri preparatlarına və ya dərmanın tərkib hissələrindən hər hansı birinə qarşı yüksək həssaslığın olması;
- İnsilundən asılı şəkərli diabet(I tip),hamilələrdə diabet,diabetik ketoasidoz və ya diabetik koma/prekoma;
- Dekompensator metobalik asidoz;
- Diabetli xəstələrdə laktasidoz;
- Orta dərəcəli və ağır böyrək çatışmazlığı(kreatinin klirensi <60 ml/dəq);
- Qaraciyər çatışmazlığı və ya qaraciyər funksiyalarının pozulması;
- Böyrək funksiyasında dəyişiklik törətmə ehtimalı olan kəskin vəziyyətlər,məsələn:dehidratasiya,ağır infeksiya,şok,damar daxilinə yodlaşdırılmış kontrast maddələrin yeridilməsi;
- Toxuma hipoksiyaya səbəb ola biləcək kəskin və ya xroniki xəstəliklər:anemiya,ürək və tənəffüs çatışmazlığı təzə keçirilmiş miokard infarktı,kardiovaskulyar kollaps,şok;
- Periferik arteriyaların okklüziv xəstəlikləri;
- Kəskin alkoqol intoksikasiyası,alkoqolizm;
- Böyrəküstü vəzinin qabıq maddəsinin çatışmazlığı;
- Porifiriya;
- Hamiləlik və laktasiya dövrü;
- Mikonazol ilə yanaşı istifadə.
İstifadə qaydası və dozası:
Gündəlik doza və müalicə müddəti xəstələrdə maddələr mübadiləsinin vəziyyətinə əsaslanaraq həkim tərəfindən təyin edilir
Dozalama gündə 1-3 hissəyə ayrılmış 5 kapsuldan ibarət məsləhət görülən maksimal dozanı aşmamaq şərtilə effektivlik və tolerantlıq əsasında hər xəstə üçün fərdi seçilməlidir.Yeməkdən öncə bir stəkan su ilə udulmalıdır.Uşaqlara məsləhət görülmür.Yaşlı xəstələrdə isə böyrək funksiyalarından asılı olaraq təyin edilir.
Təsiredici maddə: Hər kapsulda 400 mq metformin-hidroxlorid və 2,5 mq qlibenklamid vardır.
Köməkçi maddələr: mikrokristallik sellüloza, jelatin, qarğıdalı nişastası, talk, maqnezium-stearat.