TROMBOPOL
İstifadəsinə göstərişlər
- Trombositlərin aqreqasiyasının qarşısının alınması,trombların əmələ gəlməsi və qan damarlarının tutulması təhlükəsi yaradan ürək-damar sistemi xəstəliklərinin profilaktikası:
- Miokard infarktı;
- Ürəyin kompensəolunmuş və kompensəolunmamış işemiya xəstəliyi;
- Qan damarlarında trombların əmələ gəlməsi ilə xarakterizə olunan digər xəstəliklərin profilaktikası;
- Bu preparat təcili halların müalicəsi üçün istifadə olunmur.O,xroniki müalicə zamanı ikincili profilaktik məqsədlə istifadə olunur.
Əks göstərişlər
- Preparata qarşı yüksək həssaslıq;
- Mədənin xəstəlikləri;
- Qanın laxtalanma qabiliyyətinin pozulması;
- Bronxial astma və burun polipləri;
- Ağır dərəcəli qaraciyər və böyrək çatışmazlığı;
- Hamiləliyin III trimestri;
- 12 yaşdan kiçik uşaqlarda virus xəstəlikləri.
İstifadə qaydası və dozası:
yemək vaxtı və yeməkdən sonra gündə 75 mq-lıq 1-2 tablet və ya 150 mq-lıq 1 tablet qəbul edilir.Tabletləri çeynəmədən ,müəyyən qədər su ilə qəbul etmək lazımdır.
Saxlanma şəraiti:
25°C-dən aşağı temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Reseptsiz buraxılır
Təsiredici maddə:1 tabletin tərkibində 75 mq və ya 150 mq asetillsalisil turşusu vardır.
Köməkçi maddələr:qarğıdalı nişastası,toz şəkilli sellüloza,natrium nişasta qlikolyatı.
Örtük :hipromelloza,metakril turşusunun sopolimeri,titan4-oksid,talk,natrium laurilsulfat,qırmızı koşenil lakı E-124 ,kolloidal silisium 4-oksid,natrium-bikarbonat.