DECOMB
İstifadəsinə göstərişlər:Preparat kortikosteroidlərə həssas səthi dermatozlar,həmçinin bakteriya və göbələklərlə ikincili infeksiyalaşma,genital üzvlərin qarışıq bakteriya və göbələklərlə zədələnməsi zamanı istifadə olunur.
Əks göstərişlər:Preparatın tərkibinə qarşı hiperhəssaslıq,dərinin virus zədələnməsi,yanıqlar.
İstifadə qaydası və dozası:Preparatın dozasını və müalicə müddətini həkim təyin edir.Krem zədələnmiş dəri nahiyyəsinə nazik qatla gündə 2-3 dəfə çəkilir.müalicə kursu 7-14 gündür.
Saxlanma şəraiti:25°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Reseptsiz buraxılır
İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz.
Tərkibi
Təsiredici maddə:1 qr kremin tərkibində 100000 BV nistanin,2,5 mq neomisin-sulfat ,0,25 mq qramisidin,1 mq triamsonolon-asetonid vardır.
Köməkçi maddələr:alüminium hidroksid,setil spirti,digidaq o qətranı,qliserin monostearat,lavanda yağı,duru parafin,propilenqlikol,distillə olunmuş su,simetikon FLUİD 350 C,natrium – metabisulfit,natrium-hidroksid,sorbit turşusu,sorbitol,titan dioksid,tvin 40,tvin 60.