FİTOLİZİN
İstifadəsinə göstərişlər:
- Sidikqovucu yolların infeksion-iltihabi xəstəliklərində köməkçi maddə kimi;
- Nefrourolitiazın profilaktikası və müalicəsi ;
- Sidiyin mineral komponentlərinin kristallaşmasının profilaktikası.
Əks göstərişlər:
- Preparatın komponentlərinə qarşı yüksək həsaslıq;
- Qlomerulonefrit ;
- Böyrək çatışmazlığı ;
- Ürək çatışmazlığı ;
- Fosfat urolitiazı.
İstifadə qaydası və dozası:Adi doza:Böyüklər:
Gündə 3-4 dəfə yeməkdən sonra ilıq suda həll edilmiş 1 çay qaşığı pasta təyin edilir.Uşaqlarda və yeniyetmələrdə istifadə edilməmişdir.
Saxlanma şəraiti:25°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Reseptsiz buraxılır
İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz.
Təsiredici maddələr:100 q pastanın tərkibində aşağıdakı qatılaşdırılmış ekstrakt qarışığı vardır.Adi qızılsəbət oto,çöl qatırquyruğu otu,dağ quşotusu,ayrıq kökümsovu,şalğamaoxşar soğan qabığı,tozağacı yarpaqları,güldəfnə toxumları,cəfəri kökləri,ləçəkotu kökü – 67,2 q.
Köməkçi maddələr:qliserin 99,5%,aqar,muskat adaçayı yağı,istiotlu nanə yağı,adi şam yağı,şirin portağal yağı ,buğda nişastası,vanilin,etilparahidroksibenzoat ,təmizlənmiş su.
5q(1 çay qaşığı) pastanın tərkibində kversetinə nəzərən 0,06%-dən az olmayaraq flavonoidlər vardır.