NELADEKS –NELADEX (damcı)
İstifadəsinə göstərişlər:
- Gözün kəskin və xroniki bakterial xəstəlikləri ;
- Blefaritlər;
- Konyunktivitlər;
- Keratitlər;
- Iridosiklit;
Əks göstərişlər:Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası;gündə 4-6 dəfə olmaqla konyunktival kisəyə 1-2 damcı damcıladırlar.Qulağın xarici kanalının infeksiyalarında 3-4 dəfə 4 damcı istifadə olunur.
Saxlanma şəraiti:25°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Reseptsiz buraxılır
İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz.
Tərkibi
Aktiv maddə:1,0 mq deksametazon ,3,5 mq Neomisin ,6000BV Polimiksin B sulfat.
Köməkçi maddələr:hidroksipropilmetilsellüloza,benzalkonium xlorid,dinatrium edetat,natrium xlorid,polisorbat 80,natrium hidroksid və ya xlorid turşusu,inyeksiya üçün su.