CAPTOPRİL - KAPTOPRİL 25 mq
İstifadəsinə göstərişlər:
- Arterial hipertoniya ;
- Xroniki qan dövranı çatışmazlığı ;
- İnfarktdan sonra sol mədəciyin disfunksiyası;
- Ürəyin işemik xəstəliyi;
- İnsulindən asılı diabetli xəstələrdə diabetik nefropatiyanın proqressivləşməsinin qarşısının alınması.
Əks göstərişlər:
Hamiləlik zamanı istifadəsi düz deyil, tərkibindəki komponentlərə qarşı hiperhəssaslıq.
İstifadə qaydası və dozası:
yeməkdən 1 saat əvvəl qəbul edilməlidir.
Arterial hipertoniya zamanı- gündə 2 dəfə 12,5-25 mq təşkil edir.
İkiəftəlik intervalla maksimal dozaya qədər (150 mq/gün – gündə 3 dəfə 50 mq ) yüksəltmək olar.
Hipertonikkrizlərdə:dərman vasitəsi 25 mq dozada dilaltı qəbul olunur.Lazım olan enmə əldə edildikdən sonra əvvəlki hipotenziv müalicə aparılır.
Qan dövranı çatışmazlığı zamanı:müalicəyə kiçik dozlarda gündə 2-3 dəfə 6,25 mq -12,5 mq başlanılır.Doza tədricən artırılır,zərurət olduqda maksimal dozaya qədər artırıla bilər (75-100 mq/gün – 25 mq 3-4 dəfə gün).
I tip diabetli xəstələrdə diabetik nefropatiya zamanı:gündəlik doza 25 mq/gün təşkil edir.Müalicə müddəti 6 həftədir.
Fibrinolitik dərmanlarla müalicə alan miokard infarktlı xəstələrdə:Müalicəyə fibrinolitik müalicədən 2 gün sonra başlanılmalıdır.Kaptoprilin dozası-18,75 mq/gün.
Təsiredici maddə:1 tabletin tərkibində 25 mq kaptopril vardır
Köməkçi maddələr:mikrokristallik sellüloza,laktoza,kartof nişastası,hidroksipropilsellüloza,maqnezium stearat.