BETADİN
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :
· Dərinin yerli dezinfeksiyası və selikli qişaların antiseptik işlənməsi
· Açıq yaraların və yanıqların dezinfeksiyası
· Cərrahi əməliyyat öncəsi dezinfeksiyası
Betadin preparatını böyüklərdə və 6 aydan yuxarı uşaqlarda istifadə etmək olar.Preparatın 7 gün istifadəsindən sonra xəstəliyin
əlamətləri yaxşılaşmırsa və a pisləşərsə mütləq həkimə müraciət edin.
ƏKS GÖSTƏRİŞLƏRİ :
· Povidon – yoda və ya preparatın tərkibinə daxil olan digər komponentlərə qarşı yüksək həssaslıq ( allergiya )
· Hipertireoz
· Qalxanabənzər vəzin digər kəskin xəstəlikləri
· Səpgi və qabarcıqlarla müşahidə olunan dəri iltihabı
· Müayinə öncəsi və ya radioaktiv yodla müalicə zamanı
UŞAQLAR VƏ 18 YAŞA QƏDƏR YENİYETMƏLƏR :
Yenidoğulmuşlarda və erkən yaşlı uşaqlara PVP yodun yüksək miqdarda istifadəsi hipotieroz riskini artırır.Belə ki , onların
dərisi yüksək həssaslıq müşahidə olunur , bu səbəbdən bu yaş qrupuna daxil olan uşaqlarda PVP yodun istifadəsi az miqdarda
olmalıdır.
HAMİLƏLİK VƏ LAKTASİYA :
Əgər hamiləsinizsə , hamilə olduğunuzdan şüphələnirsinizsə , hamiləlik planlaşdırırsınızsa və ya uşaq əmizdirirsinizsə
preparatın istifadəsindən öncə bu barədə həkiminizə və ya əczaçıya bildirin.
İSTİFADƏ QAYDASI VƏ DOZASI :
Preparatı hər zaman içlik vərəqədə qeyd olunmuş təlimatlara uyğun və ya həkiminizin təyin etdiyi qaydada istifadə edin.Əlavə
suallarınız yaranarsa müalicə həkiminizə və ya əczaçıya müraciət edin.
DOZALANMA QAYDASI :
Betadin məhlulu qatışdırılmadan , yaxud dezinfeksiya olunacaq nahiyədən asılı olaraq 1:10 və ya 1:100 nisbətində distillə
edilmiş su ilə həll edərək istifadə etmək olar.
Qatılaşdırılmamış preparatı inyeksiya , punksiya , qan götürülməsi ,biopsiya , qan köçürülməsi , infuziyon terapiya və ya
cərrahi əməliyyat öncəsi zədələnməmiş dəriyə çəkildikdən sonra 1 – 2 dəqiqə gözləmək lazımdır.
Məhlulu bir başa istifadədən qabaq qatışdırmaq lazımdır.Həll edilmiş məhlulu saxlamaq olmaz.
İSTİFADƏ QAYDASI :
Betadin məhlulu həll edilmiş və həll edilməmiş şəkildə xaricə istifadə üçün təyin edilir.
Preparatı isti su ilə qarışdırmayın.Preparatı daxilə qəbul etmək olmaz.
Preparatın istifadə qaydası ilə əlaqədar əlavə suallarınız yaranarsa müalicə həkiminizə və ya əczaçıya müraciət edin.
ƏLAVƏ TƏSİRLƏRİ :
Bütün digər dərman preparatları kimi , Betadin məlhəm də əlavə təsirlər törədə bilər , lakin bu əlavə təsirlər törədə bilər , lakin
bu əlavə təsirlərə bütün pasientlərdə rast gəlinmir.
Mümkün əlavə təsirlərin əmələgəlmə tezliyi aşağıdakı kateqoriyalara bölünür :
Çox tez – tez : 10 pasientdən 1 – də rast gəlinir
Tez – tez : 100 pasientdən 1 – 10 – da rast gəlinir
Bəzən : 1000 pasientdən 1 – 10 – da rast gəlinir
Nadir : 10000 pasientdən 1 – 10 – da rast gəlinir
Çox nadir hallarda : 10000 pasientdən 1 – 10 – da rast gəlinir
Təsiredici maddə : hər 1 ml məhlulda 100 mq povidon – yod vardır.
Köməkçi maddələr : qliserin , nonoksinol 9 , limon turşusu , natrium – hidrofosfat , natrium – hidrofosfat , natrium hidroksid ,
təmizlənmiş su.