BİSEPTOL 240 mq/5 ml suspenziya
İstifadəsinə göstərişlər:
- Xroniki bronxitin kəskinləşməsi ;
- Pnevmoniyanın müalicə və profilaktikası;
- Orta otit;
- Sidik yollarının infeksiyası;
- Meningit;
- İrinli dəri infeksiyaları.
Əks göstərişlər:
Tərkibindəki komponentlərə qarşı hiperhəssaslıq.
İstifadə qaydası və dozası:
Yemək vaxtı və yaxud yeməkdən dərhal sonra çoxlu maye ilə peroral qəbul edirlər.Qəbuldan əvvəl flakonu çalxalamaq lazımdır.hər 12 saatdan bir 20 ml.
Saxlanma şəraiti:
5 - 25°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Resept əsasında buraxılır
İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz
Təsiredici maddə:100 ml suspenziyanın tərkibində 4q sulfametoksazol 0,8 q trimetoprim vardır.
Köməkçi maddələr:kremofor RH 40 ,maqnezium alüminium silikatı,karboksimetil-sellülozanın natrium duzu,limon turşusu,natrium-hidrofosfat,metilhidroksibenzoat,natrium saxarinat,maltitol,çiyələk aromatı,propilenqlikol,təmizlənmiş su.