DİAZOLİN
İstifadəsinə göstərişlər:
mövsümi və allergik rinitin,pollinozun,övrənin,qida və dərmanlar ilə bağlı allergiyanın,dəri qaşınması ilə müşayiət edilən dermatozların müalicə və profilaktikası.
Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı hiperhəssaslıq.
İstifadə qaydası və dozası:
12 yaşdan yuxarı uşaqlara və böyüklərə 1-2 dəfə 100-200 mq dozada yeməkdən sonra təyin edilir.Böyüklər üçün maksimal dozalar birdəfəlik 300 mq,sutkalıq 600 mq.
5-12 yaş uşaqlara gündə 1-3 dəfə 50 mq,3-5 yaş uşaqlara gündə 1-2 dəfə 25-50 mq təyin edilir.
Təsiredici maddə:1 tabletin tərkibində 100% maddəyə nəzərən 50 mq və ya 100 mq mebhidrolin vardır.
Köməkçi maddələr:saxaroza,kartof nişastası,laktoza monohidrat,povidon,kalsium-stearat.