Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

BROVENSİN

7.62 AZN
BROVENSİN
İstifadəsinə göstərişlər:

-  Öskürəyin bronxospazmla müşayiət olunan simptomatik müalicəsi ;
-  Kəskin respirator xəstəliklərin müalicəsi ;

Əks göstərişlər:

-  Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
-  Ürək ritminin pozulması ;
-  Qaraciyər funkasiyasının pozulması ;
-  Mədə və 12 barmaq bağırsağın peptik xorası ;
-  Qanaxmalara meyillilik ;
-  Hamiləliyin I trimestri ,laktasiya dövrü .

İstifadə qaydası və dozası:

yeməkdən 30 dəqiqə sonra daxilə qəbul edilir.Su və ya meyvə şirəsi ilə qarışdırmaq olar.
0-2 yaş – 2,5 ml gündə 3 dəfə ;
2-5 yaş – 5 ml gündə 3 dəfə ;
6 yaşdan yuxarı – 15-20 ml gündə 3 dəfə .
Müalicə kursunun müddəti həkim tərəfindən təyin edilir.

Saxlanma şəraiti:

25°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 
Resept əsasında  buraxılır

 

10 ml şərbətin tərkibində :

Aktiv maddələr:8 mq bromgeksin hidroxlorid,2,5 mq terbutalin sulfat , 100 mq qvayfenezin.

Köməkçi maddələr:benzoy turşusu ,limon turşusu  monohidrat ,qliserin,ponso 4R supra ,propilenqlikol ,kalium sorbat ,polietilienqlikol (1500) ,natrium saxarin ,moruq aromatizatoru ,mentol ,sorbitol  məhlulu 70% , təmizlənmiş su .