DİKLOFENAK (ampula)
İstifadəsinə göstərişlər:
- Dayaq hərəkət aparatının xəstəlikləri ;
- Lümbaqo,işias ,nevralgiya ;
- Alqodismenoriya ,kiçik çanaq orqanlarının iltihabi prosesləri ,o cümlədən adneksit ;
- əməliyyatdan sonrakı ağrılar .
Əks göstərişlər:
tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Böyüklər üçün birdəfəlik doza 75 mq (1 ampul) .Zərurət yaranarsa 12 saatdan sonra təkrar yeridilməsi mümkündür. Müalicə müddəti ən çoxu 2 gün ,zərurət yaranarsa sonradan diklofenakın peroral və ya rektal istifadəsinə keçilir.
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 25 mq diklofenak-natrium vardır.
Köməkçi maddələr: benzil spirti, natrium-metabisulfit , mannitol,natrium-hidroksid ,propilenqlikol ,inyeksiya üçün su .