Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

FEZAM 400 /25 mq

6.61 AZN
FEZAM 400 /25 mq

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Fezam aşağıdakı hallarda təyin olunur :

·        Ateroskleroz və arterial hipertoniya zamanı inkişaf edən xronik və latent beyin qan dövranı çatışmazlığı.

·        Keçirilmiş beyin insultundan sonra inkişaf edən xronik və latent beyin qan dövranı çatışmazlığı.

·        Beyin silkələnməsi və beyinin yüngül kontuziyası nəticəsində baş verən posttravmatik serebrosteniya :

·        Müxtəlif etiologiyalı ensefalopatiya :

·        Yaddaşın və beyinin digər dərketmə funksiyalarının pozulmasına səbəb olan psixo orqanik sindrom :

·        Kinetozların profilaktikası :

ƏKS GÖSTƏRİŞLƏR :

·        Preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq/allergiya

·        Böyrəkçatışmazlığının ağır formaları

·        Hemorragik insult ( beyin qan sızması ) :

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏ :

Hamiləlik dövründə preparatdan istifadə etmək olmaz.

Fezam ana südünə nüfuz etdiyinə görə müalicə müddətində ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Böyüklərə

Gündə 3 dəfə 1 – 2 kapsul daxilə qəbuledilir.

Xəstəliyin ağırlığından asılı olaraq müalicə kursu 1 – 3 aydır.

Uşaqlara

Gündə 2 dəfə 1 – 2 kapsul daxilə qəbul edilir.3aydan artıq fasiləsiz qəbul etmək olmaz.

Preparatdan istifadə müddətində alkoqollu içkilər qəbul etmək olmaz.

ƏLAVƏ TƏSİRLƏRİ :

Əlavə təsirlər çox nadir hallarda meydana çıxır.

·        Allergikreaksiyalar – dəri reaksiyaları , fotohəssaslıq.

·        Mədə - bağırsaq sistemində baş verən pozğunluqlar – ağız suyu ifrazının  artması , ürəkbulanması , qusma.

·        Sinir sistemində baş verən pozğunluqlar – narahatlıq , oyanıqlıq , yuxunun pozulması .

·        Yaşı adamlarda –tremor.

DOZA HƏDDİNİN AŞILMASI :

Fezam xəstələr tərəfindən yaxşı qəbul edilir.

Müalicəni yarımçıq dayandırmaq üçün ciddi əlavə təsirləri yoxdur.

Böyüklərdə doza həddinin aşılması epiqastral ağrıların baş verməsinə səbəb olur.

Uşaqlarda doza həddinin aşılması sinir sistemi pozğunluqları ilə özünü büruza verir – yuxusuzluq , narahatlıq ,eyforiya , oyanıqlıq , tremor ,

 qarabasmalar , qıcolmalar.

Doza həddinin aşılması simptomatik müalicə olunur.


Təsiredici maddə : 1 kapsulda 400 mq pirasetam və 25 mq sinnarizin vardır.

Köməkçi maddə : laktoza monohidrat , susuzkolloid silisium dioksid , maqnezium stearat.

Kapsulun tərkibi : titan dioksid.