ASKORBİNOVAYA KİSLATA
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :
C hipovitaminozu : sinqa, qanaxmalar, hemorragik diatezlər, qanaxma şua xəstəliyinin sindromu kimi, müxtəlif intoksikasiyalar və infeksion
xəstəliklər, hamilələrin nefropatiyası, addison krizi, antikoaqulyantlar ilə doza həddinin aşılması, sümüklərin sınıqları və zəif qranulyasiya
olunan yaralar, müxtəlif distrofiyalar, hamiləlik və ya ana südü ilə qidalandırma dövrü, yüksək beyin gərginliyi və ağır fiziki iş.
ƏKS GÖSTƏRİŞLƏR :
Askorbin turşusuna və preparatın hər hansı köməkçi komponentinə qarşı fərdi yüksək həssaslıq.Şəkərli diabet qanın artan laxtalanması,
trombozlara meyillik, tromboflebit, sidik daşı xəstəliyi, böyrək çatışmazlığı, leykemiya, polisitemya.
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :
Hamiləliyin ıı – ııı trimestrlərində askorbin turşusuna gündəlik minimal tələbat 60 mq – a yaxındır.Askorbin turşusu plasentar baryerdən
keçir.Nəzərə almaq lazımdır ki, döl hamilə qadının qəbul etdiyi askorbin turşusunun yüksək dozalarına adaptasiya oluna bilər, və sonra
yenidoğulmuşda "ləğvetməʺ reaksiyası kimi askorbinturşusu ana südünə keçir.Preparatın yüksəlmiş dozalarının təyin olunmasına ehtiyac
olduqda, südverməni dayandırmaq lazımdır.
İSTİFADƏ QAYDASI VƏ DOZASI :
Venadaxili şırnaq və ya damcı üsulu ilə və əzələdaxili təyin olunur.
Venadaxili şırnaq üsulu ilə 1 – 3 dəqiqə ərzində yeridilir.Venadaxili damcı üsulu ilə yeridilmə üçün preparatın birdəfəlik dozasını 50 – 100 ml
0.9 % - li natrium – xlorid məhlulunda həll edir və yavaş – yavaş venadaxili infuziya yolu ilə dəqiqədə 30 – 40 damcı sürətlə yeridirlər.
Əzələdaxili əzələyə dərinə yeridilir.
ƏLAVƏ TƏSİRLƏRİ :
Qan və limfatik sistemə : yüksək dozalarda uzunmüddətli istifadəsi zamanı trombositoz, hi – perprotrombinemiya, trombyaranma,
eritrositopeniya, neytrofil leykositoz.
Sinir sisteminə : başağrısı, yorğunluq hissi, yüksək dozalarda uzunmüddətli istifadə zamanı yuxunun pozulması
Həzm traktına : ürəkbulanma, diareya, mədənin spazmı.
DOZA HƏDDİNİN AŞILMASI :
Askorbin turşusunun yüksək dozaları mədə - bağırsaq pozulmaları, diareya yarada bilər, həmçinin hiperoksaluriyaya və oksalat
konkrementlərin yaranmasına gətirib çıxara bilər.Gündə 600 mq – dan yuxarı dozalar diuretik effekt göstərir.
Yüksək dozalarda venadaxili yeridilmə zamanı hamiləliyin pozulması təhlükəsi yarana bilər.
Müalicəsi : preparatın istifadəsinin dayandırılması, simptomatik terapiya.
Təsiredici maddə : 1 ml məhlulun tərkibində 50 mq askorbin turşusu vardır.
Köməkçi maddələr : natrium – hidrokarbonat, susz natrium – sulfit, inyeksiya üçün su.