KARVİDİL 12,5 mq
İstifadəsinə göstərişlər:
Arterial hipertenziya , gərginlik stenokardiyası , xroniki ürək çatışmazlığı .
Əks göstərişlər:
Tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Daxilə,çoxlu miqdarda su ilə qəbul olunur.
Arterial hipertenziya zamanı ilk 2 gündə 1 dəfə 12,5 mq ,sonra gündə 1 dəfə 25 mq təyin olunur.
Stenokardiya zamanı ilk 2 gün ərzində gündə 1 dəfə 12,5 mq ,sonra gündə 2 dəfə hər dəfə 25 mq təyin olunur.
Saxlanma şəraiti:
25°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Resept əsasında buraxılır
Təsiredici maddə: 1 tabletin tərkibində 12,5 mq karvedilol olur.
Köməkçi maddələr:laktoza monohidrat ,mikrokristallik sellüloza ,krospovidon , kolloidal silisium 4-oksid , maqnezium stearat,sarı dəmir oksidi ,qırmızı dəmir oksidi , E172