Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

AGOLUTİN

13.64 AZN
AGOLUTİN
İstifadəsinə göstərişlər:

-  Yumurtalığın sarı cismi tərəfindən kifayət qədər progesteron sintez olunmadıqda ;

-  Menstrual tsiklin hipofunksional pozğunluqları və disfunksional uşaqlıq qanaxmaları ;

-  Düşüklər zamanı hamiləliyin qorunub saxlanması məqsədilə ;

-  Predmenstrual sindrom və postnatal depresiyyaların profilaktikası ;

-  Sarı cisim çatışmazlığı ilə əlaqədar progesteron çatışmazlığı zamanı diaqnostik məqsədlə progesteron testi kimi istifadə olunur.

Əks göstərişlər:

Tərkibindəki komponentlərə qarşı hiperhəssaslıq.

İstifadə qaydası və dozası:

-  İkincili amenoreya zamanı progesteronun istifadəsinin müsbət nəticəsi yumurtalıqda qoyulan progesteron testi ilə müəyyən olunur.

-  Predmenopauzada oliqomenoreya zamanı uşaqlıq qanaxmalarında tsiklin 42 –ci günündə 60 mq.

Periodik 3 istifadədən sonra qanaxma kəsmədikdə,yumurtalıqda estrogenin miqdarı sabit hesab olunur,menopauza güman olunur.

-  Adəti düşüklər zamanı hamiləliyin 8-16-cı həftəsinə qədər,həftədə 2 dəfə 25-100 mq təyin olunur.

-  Progesteron testi kimi xəstəyə 60 mq təyin olunur,14 gün ərzində test mənfi olarsa,bu o deməkdirki, uşaqlıqda dəyişikliklər var.


Təsiredici maddə:1 ml yağlı məhlulun tərkibində 30 mq progesteron vardır.

Köməkçi maddələr: benzil spirti ,benzil benzoat  ,inyeksiya üçün yağ