BRONXOLİTİN
İstifadəsinə göstərişlər:
tənəffüs yollarının iltihabi xəstəliklərinin kompleks müalicəsində istifadə olunur.
Əks göstərişlər
:tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası :Daxilə, yeməkdən sonra qəbul edin. Adi doza böyüklər və 10 yaşdan yuxarı uşaqlar üçün gündə 3-4 dəfə 10 ml,3 yaşdan 10 yaşa qədər uşaqlar üçün gündə 3 dəfə 5 ml təşkil edir.
Təsiredici maddə: 5 ml şərbətin tərkibində 5,75 mq qlausin hidrobromid və 4,6 mq efedrin hidroxlorid vardır.
Köməkçi maddələr :etanol 1,7 həcm % ,saxaroza, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, reyhan yağı, polisorbat, limon turşusu monohidrat, təmizlənmiş su .