MİDOKALM 50 mq
İstifadəsinə göstərişlər:
yüksək əzələ tonusunun və əzələ gərginliyinin müalicəsində ,həmçinin ətraflarda qan dövranının bəzi pozulmalarında istifadə edilir.
Əks göstərişlər:
Təsiredici maddəyə qarşı və digər analoji kimyəvi maddələrə qarşı yüksək həssaslıq(allergiya).
İstifadə qaydası və dozası:
Preparatı yeməkdən sonra 1 stekan su ilə qəbul edilməlidir.
Gündə 3 dəfə 1-3 tablet 50 mq-lıq Midokalm
Gündə 3 dəfə 1 tablet 150 mq-lıq Midokalm.
Uşaqlar yalnız həkim məsləhətilə qəbul edə bilərlər.
Dərman vasitəsi 10 yaşdan yuxarı,bədən çəkisi 30 kq-dan artıq olan uşaqlara təyin edilir,gündəlik dozası-bədən çəkisinə görə 2-4 mq/kq,üç qəbula.
Təsiredici maddə:1 tabletin tərkibində 50 mq tolperizon hidroxlorid vardır.
Köməkçi maddələr:lumu turşusu monohidrat,kolloidal susuz silisium 4-oksid, stearin turşusu, talk, mikrokristallik sellüloza,qarğıdalı nişastası,laktoza monohidrat.
Örtük:kolloidal susuz silisium 4-oksid, titan 4-oksid, laktoza monohidrat, makroqol 6000, hipromelloza.