GİNOTRAN FORTE L – GYNOTRAN FORTE L
İstifadəsinə göstərişlər:
C.albicans tərəfindən törədilən vulvovaginal kandidoz ;
Gardnerella vaginalis və anaerob bakteriyaların törətdiyi bakterial vaginoz ;
Trichomonas vaginalis tərəfindən törədilən trixomonad vaginit ;
Qarışıq infeksiyalar tərəfindən törədilən vaginitlər .
Əks göstərişlər:
Tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq.
Hamiləliyin I trimestri ;
Porfiriya ;
Epilepsiya ;
Qaraciyər funksiyasının ağır pozulması .
İstifadə qaydası və dozası:
Həkim təyinatı olmadan istifadə edilməməlidir.7 gün ərzində hər axşam 1 vaginal suppozitoriya uşaqlıq yoluna dərin yeridilir.Uzanıq vəziyyətdə ayaqlarınızı bir qədər yuxarı qaldırın.
Mümkün qədər uşaqlıq yoluna dərinə yeridin .İstifadədən öncə və sonra əllərinizi yuyun.
Yaşlı xəstələrdə (65 yaşdan yuxarı) :cavan xəstələrdə olduğu kimi ;
Uşaqlar : uşaqlara təyin olunmur;
Bakirələrdə istifadə edilmir ;
Daxilə və ya başqa üsullarla istifadə edilməməlidir.
Təsiredici maddələr:1 vaginal suppozitoriyanın tərkibində 750 mq metronidazol ,200 mq mikonazol-nitrat ,100 mq lidokain vardır.
Köməkçi maddə:vitepsol .