MUFLEKSİN 4 MQ
İstifadəsinə göstərişlər:
Tiokolxikozid aşağıda göstərilən skelet əzələ spazmları və kontraktura ilə müşayiət olunan əzələ,revmatoloji,travmatik və nevroloji xəstəliklərin simptomatik müalicəsində istifadə edilir.
- Tortikolis ;
- Dorsalgiya ;
- Onurğa sütunun degenerativ xəstəlikləri ,lumbaqo ;
- Onurğa sütunun statik patologiyası ;
- Travmatik və nevroloji mənşəli əzələ spazmları ;
- Reabilitasiya dövründə əzələ kontrakturlarının qarşısını almaq üçün .
Əks göstərişlər:
tərkibindəki komponmentlərə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası :
Kapsul kəskin əzələ spazmlarında gündə 2 dəfə 1-2 kapsuldan yeməkdən sonra 1 stəkan su ilə daxilə qəbul edilir.
Müalicə müddəti 5-7 gün təşkil edir.
Preparatdan istifadə edərkən ishal yaranarsa ,dozanı gündə 1 kapsula qədər azaltmaq lazımdır.
15 yaşa qədər uşaqlarda istifadəsi haqqında məlumat yoxdur.
Təsiredici maddələr:1 kapsulda 4 mq tiokolxikozid vardır.
Köməkçi maddələr:laktoza monohidrat ,qarğıdalı nişastası ,maqnezium-stearat ,təmizlənmiş su ,jelatin,titan 4-oksid ,natrium lauril sulfat ,indiqokarmin.