NO-ŞPA / NO-SPA
İstifadəsinə göstərişlər
- Biliar traktın patalogiyaları ilə əlaqədar saya əzələlərinin spazmı: xolesistolitiaz,xolangiolitiaz, xolesistit, perixolesistit, xolangit , papillit;
- Sidikçıxarıcı yolların spazmı: nefrolitiaz, uretrolitiaz,pielit, sistit , sidik kisəsində tenezmlər;
-Yardımçı müalicə qismində (əgər xəstə tablet qəbul edə bilmirsə) :
- Mədə-bağırsaq traktının saya əzələlərinin spazmı: mədə və onikibarmaq bağırsağın xora xəstəliyi , qastrit , mədənin kardial hissəsi və pilorun spazmı, enterit , kolit , qəbizliklə müşayiət olunan spastik kolit , selikli kolitin meteoristik formaları;
- Ginekologiyada : ağrılı aybaşılar zamanı.
Əks göstərişlər
- Preparatın tərkibindəki təsiredici maddə və ya istənilən digər komponentə ( xüsusilə də natrium-metabisulfitə) qarşı həssaslığın yüksəlməsi ;
- Ağır dərəcəli böyrək və ya qaraciyər çatışmazlığı ;
- Ağır dərəcəli ürək çatışmazlığı (ürəyin vurma həcminin azalması);
- Uşaqlıq dövrü .
İstifadə qaydası və dozalama
Əgər həkim digər təyinat verməmişdirsə , böyüklər üçün adi gündəlik doza əzələdaxili yeridilən 120-240 mq drotaverin hidroxlorid təşkil edir ( doza sutkada 1-3 dəfəyə bölünməlidir) .
Kəskin sancılar zamanı (öddaşı və sidikdaşı xəstəlikləri) : venadaxili 40-80 mq.
Doza həddinin aşılması
Drotaverinin doza həddinin əhəmiyyətli dərəcədə aşılması ürək ritmi və keçiriciliyinin pozulmasına , o cümlədən , his dəstəsi ayaqcıqlarının tam blokadası , ürəyin dayanması və ölümə gətirib çıxara bilər. Doza həddinin aşılması zamanı xəstə ciddi nəzarət altında saxlanmalı , simptomatik müalicə , o cümlədən qusmanın induksiyası və ya mədənin yuyulması aparılmalıdır.
Bir ampulun (2 ml) tərkibinə daxildir:
Təsiredici maddə: drotaverin hidroxlorid 40,0 mq
Köməkçi maddələr: natrium-metabisulfit, 96%-li spirti , inyeksiya üçün su .