SİRDALUD 2 MQ
İstifadəsinə göstərişlər:
Ağrılı əzələ spazmı :
- Onurğanın statik və funksional xəstəlikləri ilə əlaqədar olan (boyun və bel sindromları);
- Cərrahi müdaxilədən sonra, məsələn onurğaarası diskin yırtığı və ya bud-çanaq oynağının osteoartrozu ;
- Nevroloji xəstəliklər zamanı skelet əzələlərinin spazmı ; dağınıq skleroz, xronik mielopatiya, onurğa beyinin degenerativ xəstəlikləri, beyin qan dövranı pozğunluğu və serebral iflic.
Əks göstərişlər:
Tərkibində olan komponentlərə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Böyüklərdə gündə 1 dəfə 2-4 mq təyin edilir .Ağır hallarda yuxudan əvvəl əlavə 2-4 mq qəbul etmək olar.
Nevroloji pozğunluqlarda:başlanğıc doza 3 qəbula bölünmüş 6 mq-ı keçməməlidir.
Dozanı 3-4 gündən 7 günə qədər intervalla 2-4 mq-a qədər artırmaq olar.Adətən optimal terapevtik effektə gündəlik doza 3 və ya 4 qəbula bölünmüş 12-24 mq-a qədər olduqda nail olunur.Gün ərzində doza 36 mq-ı keçməməlidir .
Uşaqlarda dərman vasitəsinin tətbiqi təcrübəsi məhduddur .Uşaqlara təyini məsləhət deyil .
Yaşlılarda tətbiqi təcrübəsi məhduddur.
Təsiredici maddə: 1 tabletin tərkibində 2 mq və ya 4 mq tizanidinə ekvivalent miqdarda tizanidin-hidroxlorid vardır.
Köməkçi maddələr: susuz kolloidal silisium 4-oksid, stearin turşusu, mikrokristallik sellüloza, laktoza .