BİSAKODİL-NİJFARM ŞAM
İstifadəsinə göstərişlər:
Hipotonik və atonik qəbizlik ( o cümlədən yaşlılarda qəbizlik; əməliyyatdan və doğuşdan sonra qəbizlik). Qarın işləməsinin tənzimlənməsi ( babasil, proktik, anal çatlar ). Cərrahi əməliyyatlarla, instrumental və rentgenoloji müayinələrə hazırlıq.
Əks göstərişlər:
Hiperhəssaslıq, bağırsaq keçməzliyi, boğulmuş yırtıq, qarın boşluğu orqanlarının kəskin iltihabı xəstəlikləri, peritonit, mədə-bağırsaq yolunun qanaxmaları, metrorragiya, sistit, spazmatik qəbizlik, kəskin proktit, kəskin babasil, 8 yaşına qədər uşaqlar.
Ehtiyatla:
Qaraciyərə və ya böyrək çatışmazlığı.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik və laktasiya dövründə ehtiyatla istifadə edilməlidir.
İstifadə qaydası və dozası:
Rektal yolla ( düz bağırsağa) aşağıdakı dozalarda: böyüklərə və 14 yaşdan yuxarı uşaqlara 10-20 mq bisakodil ( 1-2 şam), 8-14 yaşda uşaqlar – 10 mq bisakodil ( 1 şam)
Təsiredici maddə: bir suppozitoriyanın tərkibində 10 mq bisakodilvardır.
Köməkçi maddələr: bərk yağ ( vitepsol, H 15, W 35 markalı, supposirNA 15, NAS 50 markalı)