SEFEKON-D (100 mq)
İstifadəsinə göstərişlər:
3 aydan 12 yaşınadək uşaqlarda:
-kəskin respirator xəstəliklər, qrip, uşaq infeksiyaları, vaksinasiyadan sonrakı reaksiyalar və bədən temperaturunun qalxması ilə müşayiət olunan digər vəziyyətlər zamanı qızdırmasalıcı vasitə kimi.
-zəif və orta intensivlikli ağrı sindromu, o cümlədən: baş və diş ağrısı, əzələ ağrıları, nevralgiya, travma və yanıqlar zamanı ağrılar zamanı ağrıkəsici vasitə kimi istifadə olunur.
-1 aylıqdan 3 aylığadək uşaqlarda vaksinasiyadan sonra temperaturun salınması üçün preparatın bir dəfə qəbulu mümkündür bütün göstərişlər üzrə preparatın istifadəsi yalnız həkimin təyinatı ilə mümükündür.
Əks göstərişləri:
Yüksək həssaslıq, yenidoğulma dövrü (1 aylığadək), qaraciyər funksiyalarının ağır dərəcəli pozğunluğu, bağırsaqların iltihabı prosesi, anus funksiyası pozulmuş və ya ishal olan uşaqlar.
İstifadə qaydası və dozası:
Rektal. Bağırsaq sərbəst şəkildə boşaldıqdan və ya təmizləyici imalədən sonra şamlar konturlu-yuvalı qablaşdırmadan çıxarılır və düz bağırsağa yeridilir. Preparatın dozalara bölünməsi yaşdan və bədən çəkisindən asılı olaraq cədvələ müvafik şəkildə hesablanır. Birdəfəlik doza sutkada 2-3 dəfə, 4-6 saatdan bir uşağın 10-14 mq\kq bədən kütləsinə təşkil edir.
Parasetamolun maksimal sutkalıq dozası uşağın 60 mq\kq bədən kütləsini aşmamalıdır.
Yaş
|
Bədən kütləsi
|
Birdəfəlik doza
|
1-3 ay
|
4-6 kq
|
540 mq-lıq 1 şam
|
3-12 ay
|
7-10 kq
|
100 mq-lıq 1 şam
|
1-3 yaş
|
11-16 kq
|
100 mq-lıq 1-2 şam
|
3-10 yaş
|
17-30 kq
|
250 mq-lıq 1 şam
|
10-12 yaş
|
31-35 kq
|
250 mq-lıq 2 şam
|
Müalicə kursunun müddəti qızdırmasalıcı kimi 3 gün və ağrıkəsici vasitə kimi 5 günlük. Zərurət olduqda həkimlə məsləhətləşdikdən sonra kursu uzatmaq olar.
Əlavə təsirləri
Allergik reaksiyalar ( o cümlədən, dəri səpgisi). Ürəkbulanma, qusma, burun qanaxması, trombositopeniya.
Təsiredici maddə: 1 şamın tərkibində 50 mq, 100 mq və ya 250 mq parasetamol vardır.
Köməkçi maddələr: bərk piy (vitepsol, supposir)