N10 FLAKON 10 MQ
İstifadəsində göstərişlər:
-Kəllə-beyin travması,
-beyin qan dövranın pozulması,
-astenik vəziyyət,
-müxtəlif mənşəli ensefalopatiya,
-kəskin və xroniki ensefalitlər və ensefalomielitlər,
-epilepsiya,
-yaddaşın təfəkkürün pozulması,
Öyrənmə qabiliyyətinin aşağı düşməsi,
-seqmentüstü vegetativ pozğunluqları,
-uşaq serebral iflicinin müxtəlif formaları,
-uşaqlarda psixomotor inkişafın və nitq inkişafının ləngiməsi,
Əks göstərişlər:
Preparata qarşı fərdi yüksək həssaslıq
İstifadə qaydası və dozası:
Preparat əzələ daxilinə yeridilir.
Flakonun möhtəviyyatı inyeksiyadan əvvəl 1-2 ml 0.5%-li prokain (novokain) məhlulunda, inyeksiya üçün suda və ya 0.9 %-li natrium-xlorid məhlulunda həll edilir.
Köpük əmələ gəlməsinin qarşısını almaq üçün iynənin ucu flakonun divarına tərəf tutularaq həlledici flakona yeridilir.
Hazır məhlul hər gün, gündə 1 dəfə yeridilir:
böyüklərə 10 gün müddətində 10 mq;
Bədən kütləsi 20 kq-a qədər olan uşaqlar 10 gün müddətində 0.5 mq\kq, bədən kütləsi 20 kq-dan çox olan uşaqlara – 10 mq dozada.
Lazım gələrsə, 3-6 aydan sonra təkrar kurs keçirilir.
Yarımkürə işemik insult zamanı kəskin və erkən bərpa dövrlərində böyüklərə 10 gündə 2 dəfə ( səhər və günorta) 10 mq dozada. 10 gündən sonra təkrar kurs keçirilir.
Təsiredici maddə: birflakonda 10 mq Korteksin vardır.
Köməkçi maddə: qlisin