FULSİNİNAR-AF MƏLHƏM
İstifadəsinə göstərişlər:
Dərinin yerli iltihabı, psoriaz, seboreyalı dermatit, allergik xəstəlikləri, ekzema, 1-ci dərəcəli yanıqlar, günəş yanıqları, həşərat dişləməsi, qaşınmalar.
Əks göstərişləri:
Məlhəmin tərkibində komponentlərə yüksək həssaslığı olan xəstələrə məlhəmin istifadəsi əks göstərişdir. Preparat həmçinin, dəri vərəmi, dəridə virus xəstəlikləri, dərinin şiş və hamiləlik zamanı əks göstərişdir.
İstifadə qaydası və dozası:
Məlhəm zədələnmiş sahəyə 2-4 dəfə nazik təbəqə şəklində sürtülür.
Aptekdən buraxılma şərti:
Resept əsasında buraxılır.
Təsiredici maddə: 100 q məlhəmin tərkibində 0,025 q flüosinolon asetonid vardır.
Köməkçi maddələr: limon turşusu, propilenqlikol, ağ vazelin, susuz lanolinş.