N4 TABLETKA
İstifadəsinə göstərişlər:
Kişilərdə erktil disfunksiya halları.
Əks göstərişləri:
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq uzun müddət azot oksid donatorları, üzvi nitratlar qəbul edən şəxlər.
Aşağıdakı hallarda Sildenafilin təhlükəsizliyi öyrənilmədiyi üçün istifadəsi əks göstərişlərdir
-qeyri-arterik anterior işemik optic nevropatiya səbəbindən (bu halın əvvəllər FDE5 inhibitorlarının istifadəsi ilə əlaqəsindən asılı olmayaraq) bir gözündə görmə qabiliyətini itirmiş xəstələrdə;
-kəskin qaraciyər çatışmazlığında;
-hipotenziya (arterial qan təzyiqi <90\50 mm Hg);
-son zamanlar baş vermiş insult və ya miokard infarktı anamnezli xəstələrdə;
-irsi degeneretiv retinal patologiyalarda (retinis pigmentosa).
İstifadə qaydası və dozası:
Preparat daxilə qəbul olunur. Məsləhət görülən başlanğıc doza-cinsi aktivdən 1 saat 50 mq sildenafil. Preparata qarşı həssaslıqdan və preparatın effektivliyindən asılı olaraq, preparatın dozası 100 mq-0a qədər artırıla və ya 25 mq-a qədər azaldıla bilər. Preparatın sutkada 1 dəfə qəbul olunması məsləhət görülür.
Təsiredici maddə: 1tabletin tərkibində 100 mq Sildenafil sitrat vardır.
Köməkçi maddə:mikrokristallik sellüloza, təmizlənmiş talk, natrium nişasta qlukolyatı,maqnezium-sterat, hidroksipropilmetilsellüloza.